Rusiya Abxaziyanın maliyyə yardımı ilə bağlı müraciətinə cavab verməyib
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Nazirlər Kabineti Abxaziya hökumətinin maliyyə dəstəyinin yenidən bərpası ilə bağlı müraciətinə cavab verməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RIA Novosti" Abxaziya Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Dekabrın 9-da baş nazir Mixail Mişustinin adına büdcə işçilərinin maaşlarının birgə maliyyələşdirilməsinin bərpası ilə bağlı müraciət göndərdik. Lakin hələ də, cavab almamışıq”, – deyə Abxaziya hökumətinin nümayəndələri bildiriblər.
Dekabrın 4-də Abxaziyanın baş nazir vəzifəsini icra edən Valeri Bqanba hökumət üzvləri ilə iclas keçirib. O, iclas zamanı enerji sektorunda fövqəladə vəziyyətin hökm sürdüyünü bəyan edib və bu səbəbdən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilə biləcəyini istisna etməyib.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















