Rusiya atəşkəsdən imtina etsə tədbir görəcəyik Trampın müşaviri
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər.
“Report” xəbər verir ki, bu barədə o, “ABC News”yə müsahibəsində bildirib.
O, bununla bağlı suala “Şübhəsiz, bütün variantlar nəzərdən keçirilir” - cavab verib.
Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın təşəbbüsü ilə keçirilən sammitin yekunlarına dair brifinqdə Rusiyaya ərazi güzəştləri məsələsini “kəskin” adlandırıb. Onun fikrincə, Rusiya məhz buna nail olmağa çalışır. Ukrayna lideri ABŞ-nin Ciddədə bu məsələni qaldırdığını, Ukraynanın mövqeyi ilə tanış olduğunuı qeyd edib və respublikanın artıq Rusiyanın nəzarətində olan ərazilərin itirilməsini tanımadığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 17 Mart 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















