Rusiya aviaşirkətləri Yaxın Şərqə uçuş rejimini dəyişdi
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Rusiya aviaşirkətləri Yaxın Şərqə olan uçuş marşrutlarında dəyişikliklər planlaşdırır.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rosaviatsiya açıqlamasında məlumat verib.
Qurumun bildirdiyinə görə, hazırda İsrail və İranın hava məkanı bu ölkələrin aviasiya hakimiyyət orqanlarının qərarı ilə mülki təyyarələrin uçuşları üçün bağlıdır. Bu səbəbdən Rusiya aviaşirkətləri adıçəkilən regiona olan reyslərdə alternativ marşrutlardan istifadə etməyə hazırlaşır.
Rosaviatsiya həmçinin qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar aviaşirkətlərin uçuş cədvəllərində dəyişikliklər ola bilər. Sərnişinlərə reyslərə yola düşməzdən əvvəl aviaşirkətlərin rəsmi resurslarından məlumatları yoxlamaları tövsiyə olunur.
Fidan Hacızadə
Sfera.az
Baxış sayı:89
Bu xəbər 13 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















