Icma.az
close
up
RU
Rusiya Avropa ölkələri ilə savaşa başlaya bilərmi? (ŞƏRH)

Rusiya Avropa ölkələri ilə savaşa başlaya bilərmi? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qərblə hərbi konfrantasiyaya getmək Rusiya üçün acı sonluqla yekunlaşa bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə artan gərginliklər fonunda Rusiya ilə Avropa ölkələri arasında hərbi toqquşma ehtimalının mümkünlüyünü şərh edərkən deyib. 

"Rusiya-Ukrayna müharibəsi fonunda Qərblə, xüsusən də Avropa ölkələri ilə Moskva arasında çox ciddi qarşıdurma mövcuddur. Avropa ölkələri Ukraynaya dəstək verməkdə davam edirlər. Bu fonda da Moskva ilə Avropa arasında ciddi qarşıdurma mövcuddur", deyə Arzuxan Əlizadə bildirib.

Həmsöhbətimizin fikrincə, Rusiya Qərblə açıq hərbi toqquşmaya getməyəcək:


"Qarşıdurmanın real hərbi müstəviyə keçməsi Rusiya üçün daha təhlükəlidir. Avropa ölkələri Ukrayna üzərindən təzyiqləri davam etdirir, Rusiyaya qarşı 19-cu sanksiya paketi təqdim olunub. Eyni zamanda, Ukraynaya siyasi, maddi və silah-sursat baxımından ciddi dəstək verilir. Kreml də bunun fərqindədir. Lakin açıq müstəvidə Qərblə hərbi konfrantasiyaya getmək Rusiya üçün acı sonluğu tezləşdirə bilər. Bu səbəbdən Kreml vəziyyətin həmin həddə qədər gəlib çatmasına istəmir. İstənilən halda, Rusiya təhdid etməkdə də davam edir. Polşa, Rumıniya və Estoniya hava məkanını pozmaqla Rusiya öz mövcudluğunu və Qərbi müəyyən basqı altında saxlamaq siyasətini göstərməkdədir. Bu qənaətdəyəm ki, yaxın zamanlarda Rusiya açıq müstəvidə Qərblə hərbi münaqişəyə getmək fikrindən daşınacaq".

Qeyd edək ki, Rusiyanın Polşa, Rumıniyaya PUA hücumu, Estoniya sərhədini hərbi təyyarələrlə pozması, habelə, Danimarka, Norveç ərazisində dronların görünməsi fonunda ABŞ başda olmaqla NATO Moskvanın bu hərəkətlərinə adekvat cavab verəcəklərini bəyan edib. Artıq bu istiqamətdə Fransa ilk addımı da atıb. Belə ki, Fransa öz dəniz sahilində Rusiyanın Avropa ölkələrinə dronların hücumunda istifadə etdiyi gəmini ələ keçirib. 

Daha əvvəl isə Rusiya Təhlükəsizlik Şurası sədrinin katibi Medvedyevin nüvə sayıqlamasına cavab olaraq, Tramp da Rusiyanı nüvə silahı ilə təhdid etdi. İndi isə Putin Ukraynadakı AES-ləri vuracağı xəbərdarlığını edib. Görünən odur ki, Rusiya-Ukrayna qarşıdurması daha da böyüyərək, NATO-Rusiya qarşıdurmasına çevrilə bilər. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri