Icma.az
close
up
RU
Cənub Qaz Dəhlizinin Avropa ölkələri üçün mühüm rolu ŞƏRH

Cənub Qaz Dəhlizinin Avropa ölkələri üçün mühüm rolu ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

04 aprel 2025-ci il tarixində Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Azərbaycan tərəfindən başlanılmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı artıq 11-ci dəfədir ki, Bakıda keçirilir. Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşmasında və həmin məsələlərin həllində birgə səylərin əlaqələndirilməsində mühüm rol oynamışdır. Keçirilən iclaslarda iştirak edən ölkələrin və şirkətlərin sayı getdikcə daha da artır, ortaq məqsəd ətrafında birləşirlər. Elə burada əsas məqsədlərdən biri də əməkdaşlığın gücləndirilməsidir. Əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrin heç biri mümkün ola bilməz. Növbəti məqsəd isə həmin ölkələrin qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir.

Azərbaycan Avropa İttifaqı ilə sıx dostluq münasibətindədir. Məhz buna görə də etibarlı enerji tərəfdaşı kimi ölkəmiz öz rolunu gücləndirmişdir. 2020-ci il tarixində Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql olunmağa başlanıldı. Ölkəmizlə tərəfdaşlıq və Cənub Qaz Dəhlizi üzrə əməkdaşlıqlar çərçivəsində qaz təchizatını şaxələndirərək Rusiya qazından asılılığı azaltmaq əsas səylərdən biridir. Bu da Azərbaycandan daxil olacaq qaz xalis sıfıra keçidimiz zamanı Avropa İttifaqı sistemində mühüm rol oynayacaq. Cənub Qaz Dəhlizi hamı üçün böyük uğurdur. Cənubi Qafqaz Boru Kəməri, TANAP və ya TAP – Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Ölkə başçısı cənab İlham Əliyev iclasda çıxışı zamanı söyləmişdir: “AÇG, “Şahdəniz” və “Abşeron” – bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür.

29 oktyabr 2013-cü il tarixində “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 15 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25 fevral 2014-cü il tarixində isə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 287 nömrəli Sərəncam imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmş ölkələrin Məşvərət Şurası yaradılmışdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 12 fevral 2015-ci il tarixində, növbəti iclaslar isə 29 fevral 2016, 23 fevral 2017, 15 fevral 2018, 20 fevral 2019, 28 fevral 2020, 11 fevral 2021, 4 fevral 2022, 3 fevral 2023, 1 mart 2024 və 4 aprel 2025-ci il tarixlərində Bakı şəhərində keçirilib.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri