Icma.az
close
up
RU
Rusiya ilə Avropa ölkələri arasında müharibə başlaya bilər Açıqlama

Rusiya ilə Avropa ölkələri arasında müharibə başlaya bilər Açıqlama

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“ABŞ prezidenti Donald Trampın son açıqlaması Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması istiqamətində cəhdlərin yaxın günlərdə ya nəticə verəcəyini, ya da tam iflasa uğrayacağını göstərir. Tramp açıq şəkildə bəyan edib ki, əgər yaxın zamanda real saziş perspektivi yaranmasa, ABŞ bu prosesdən çəkiləcək. Bu bəyanat, əslində, müharibənin qlobal xarakterinin dəyişəcəyinə və regional müstəviyə keçəcəyinə işarədir”.

Bu fikirləri Bakupost.az -a politoloq Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, ABŞ Rusiya-Ukrayna münaqişəsinin diplomatik tənzimlənməsindəki rolunu dayandıra bilər. Bu, ABŞ-ın vasitəçilik funksiyasından və ümumiyyətlə, məsuliyyətdən imtina etməsi anlamına gəlir. Belə olan halda, münaqişə Avropanın daxili probleminə çevriləcək və Rusiya qarşısında yalnız Avropa qalacaq. Aydın görünür ki, Avropa dövlətləri müharibənin uzanmasına ümid bəsləyir və danışıqlardan çox silahlanmaya üstünlük verir. ABŞ-ın çəkilməsi isə bu xətti daha da sərtləşdirəcək:

“Tramp “real razılaşma siqnalları” gözlədiyini vurğulayır. Bu isə ondan xəbər verir ki, sülh danışıqları yaxın günlərdə ya yeni mərhələyə keçəcək, ya da tamamilə dayandırılacaq. Prezident Tramp öz administrasiyasının Ukrayna məsələsində “işə yaramayan vasitəçilik”lə məşğul olmaq istəmədiyini bildirir və Vaşinqtonun diqqətini daxili iqtisadiyyata, Çinlə ticarət müharibəsinə yönəltmək niyyətində olduğunu gizlətmir. Belə olan halda, ABŞ-nin danışıqlardan çəkilməsi artıq ssenari yox, gözlənilən reallığa çevrilir. Bu isə o deməkdir ki, müharibə 2025-ci ilin sonunadək davam edə və daha da sərtləşə bilər. Nəticədə, nəinki Ukrayna, hətta Avropa İttifaqının özü də iqtisadi, sosial və təhlükəsizlik baxımından dərin böhranla üzləşə bilər”.

Politoloq qeyd edib ki, Trampın bəyanatı yeni mərhələnin xəbərçisidir. ABŞ artıq bu münaqişədə əsas oyunçu olmaqdan imtina edir və oyunu Avropanın üzərinə atır:

"Rusiya isə bu boşluğu diplomatik və hərbi cəhətdən doldurmağa çalışacaq. Sülh danışıqlarının taleyi indi daha çox Avropa ilə Moskva arasında gedəcək təkbətək siyasi rəqabətdən asılı olacaq. Tramp üçün bu, həm də daxili auditoriyaya verilmiş mesajdır ki, "Amerika üçün faydasız müharibələrə resurs xərcləməyəcəyəm". Bu yanaşma isə Vaşinqtonun xarici siyasətində uzunmüddətli dönüş nöqtəsinə çevrilə bilər".

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri