Icma.az
close
up
RU
Rusiya bu dövlətə ordu yeridir: Sərhəddə yeni müharibə BAŞLAYIR

Rusiya bu dövlətə ordu yeridir: Sərhəddə yeni müharibə BAŞLAYIR

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moldovanın Dnestr çayı sahilində yerləşən Dnestryanı (Transdnestr) bölgəsi 1990-cı illərin əvvəllərində birtərəfli qaydada müstəqilliyini elan edib və o vaxtdan bəri de-fakto müstəqil olaraq fəaliyyət göstərir. 2024-cü ilin dekabr ayında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Dnestryanı bölgəsində yaşayan Rusiya vətəndaşlarını və sülhməramlılarını qorumaq üçün tədbirlər görəcəklərini bəyan edib.

2025-ci ilin yanvar ayında Rusiya, Moldovaya qaz tədarükünü dayandıracağını elan edib. Bu qərar, Moldova hökuməti tərəfindən siyasi təzyiq kimi qiymətləndirilib və ölkədə enerji çatışmazlığına səbəb olub. 2025-ci ilin fevral ayında Rusiyanın Ukraynanın Dunay çayı yaxınlığındakı limanlarına etdiyi hücumlar zamanı bəzi pilotsuz uçuş aparatları (PUA) Moldovanın hava məkanını pozub və ölkə ərazisinə düşüb. Bu insidentlərdən sonra Moldova və qonşu Rumıniya Rusiyanın səfirlərini çağıraraq etirazlarını bildiriblər. 

SSRİ-nin dağılmasından sonra postsovet məkanında bir çox separatçı bölgələr formalaşdı. Xüsusilə Qafqaz regionunda Abxaziya və Cənubi Osetiya kimi bölgələr meydana gəldi. Analoji vəziyyət Moldovada da yaşandı və nəticədə Dnestryanı bölgəsi özünü müstəqil elan etdi. Hazırda bu bölgənin statusu və gələcəyi yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.

Maraqlıdır, Rusiya Moldovaya qoşun yeridə bilərmi?

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev News24.az-a açıqlamasında bildirib ki, Dnestryanı bölgəsi ilə digər separatçı bölgələr arasında fərqlər var:

"Abxaziya və Cənubi Osetiya tamamilə Gürcüstandan ayrılmış vəziyyətdədir və rəsmi Tbilisi ilə heç bir əlaqəyə malik deyil. Lakin Dnestryanı bölgəsinin Moldova ilə əlaqələri mövcuddur. Bu bölgənin idarəetmə sistemi isə hələ də Sovet hakimiyyətinin dövründə olduğu kimi fəaliyyət göstərir. Moldova hökuməti yaxşı anlayır ki, Dnestryanı bölgəsini hərbi yolla nəzarətə qaytarmaq real deyil. Zeynal Əmrəliyevin sözlərinə görə, rəsmi Kişinyov bu məsələdə güc tətbiq etməklə, lakin genişmiqyaslı hərbi əməliyyatlardan çəkinməklə bölgəni geri qaytarmağa çalışır."

Politoloq qeyd edir ki, Dnestryanı bölgəsinin daxilində belə bir fikir formalaşıb ki, onlar moldovalılarla birlikdə yaşaya bilərlər. Bölgənin rəhbərliyi də bu məsələyə isti yanaşır:

"Lakin burada əsas problem geopolitik faktorlarla bağlıdır. Moldovada Rusiya meyilli siyasi qüvvələr mövcuddur. Xüsusilə, İqor Dodonun hakimiyyətdə olduğu dövrdə Moskva ilə Kişinyov arasında münasibətlər daha isti idi. Lakin Maia Sandunun hakimiyyətə gəlməsi və Qərbə inteqrasiyanı sürətləndirməsi vəziyyəti kəskinləşdirdi. Rusiya isə Moldova hökumətinin bu siyasətinə qarşı çıxır. Moskva ilə Kişinyov arasındakı münasibətlər son illərdə ciddi şəkildə pisləşib. Moldova Prezidenti Maia Sandu açıq şəkildə Avropa Birliyi ilə inteqrasiya siyasətini davam etdirdiyini və Rusiyaya yaxınlaşmaq niyyətində olmadığını bəyan edir. Bu isə Kremli narahat edir."

Zeynal Əmrəliyevin fikrincə, Moskva ehtiyat edir ki, Sandu hökuməti Dnestryanı bölgəsinə müdaxilə edə bilər və buna qarşı preventiv tədbirlər görməyə çalışır:

"Moldova ilə bağlı Rusiyada tez-tez müzakirələr aparılır və bəzi çağırışlar səsləndirilir ki, Ukrayna ilə müharibə bitdikdən sonra Moldova da hədəf ola bilər. Politoloq bunu real təhlükə kimi qiymətləndirir. Düşünmürəm ki, Moldova Rusiyaya açıq hücum etsin. Çünki bu zaman Ukraynanın yaşadığı taleyi Moldova da yaşaya bilər. Ancaq bu risk mövcuddur və Moskva da bu təhlükəni nəzərə alaraq Dnestryanı bölgədə fəaliyyətini gücləndirir."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri