Icma.az
close
up
RU
Suriyada yeni müharibə BAŞLAYIR? PKK Fransadan kömək istədi

Suriyada yeni müharibə BAŞLAYIR? PKK Fransadan kömək istədi

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra ölkə ərazisində hələ də vahid dövləti qurmaq mümkün olmayıb.

Sfera.az xəbər verir ki, ölkə ərazisinin böyük hissəsi yeni qurulan siyasi hakimiyyətin nəzarətinə keçsə də, təxminən 30 faizə (50 min kvadrat kilometr) yaxın ərazi YPG/PKK silahlı birləşmələrinin nəzarəti altındadır. Bu ərazidə faktiki olaraq kürd-terror dövləti fəaliyyət göstərir.

Suriyadakı yeni siyasi hakimiyyət YPG/PKK-nın nəzarətində olan bu ərazilərdə də suverenliyini təmin etmək istəyir. Ancaq YPG/PKK qüvvələri bu ərazilərə nəzarətin rəsmi Dəməşqə keçməsini istəmirlər.

Türkiyənin böyük dəstəyinə sahib olan yeni iqtidarın belə vəziyyətdə YPG/PKK nəzarətində olan ərazilərdə hərbi əməliyyatlar keçirməsi ehtimalı yaranıb. Bu ehtimalı yaradan amillərdən biri də Türkiyə dövlətinin mövqeyidir. Rəsmi Ankara Suriya ərazisində vahid dövlətin qurulmasında israr etdiyindən YPG/PKK-yə qarşı hərbi əməliyyatların başlama ehtimalı günbəgün artır.

Çətinə düşən YPG/PKK indi özünə tərəfdaş axtarır.

Hazırda YPG/PKK-nin nəzarətində olan ərazilərdə ABŞ-yə məxsus 2 min əsgər xidmət aparır. ABŞ əsgərlərinin ərazidə olmasının məqsədi məhz YPG/PKK-ya dəstək verməkdir. Amma YPG/PKK-nın nəzarətində olan ərazi böyük olduğundan 2 min amerikalı əsgərin onları müdafiə etmək imkanı yoxdur. Buna görə də, YPG/PKK Fransadan da dəstək almaq istəyir. Fransa siyasi müstəvidə YPG/PKK-nı dəstəkləyir. Rəsmi Paris hesab edir ki, həmin ərazilər hələ bir müddət YPG/PKK nəzarətində qalmalıdır. Lakin Türkiyə YPG/PKK-nı terror təşkilatı kimi tanıdığından və onlar Türkiyə üçün ciddi təhlükəsizlik problemi yaratdığından rəsmi Ankara bu ərazilərdə də vahid Suriya hakimiyyətinin qurulmasında israr edir.

YPG/PKK Türkiyənin israrından narahat olduğu üçün başqa bir təkliflə çıxış edib. Onların fikrincə, ərazi YPG/PKK silahlılarından təmizlənsə də, burada təhlükəsizliyi Suriya ordusu yox, ABŞ və Fransa ordusu təmin etməlidir. YPG/PKK nümayəndələri Avropa ölkələrinin mediasına verdiyi açıqlamada bildiriblər ki, onlar Fransadan hərbsizləşdirilmiş zonanın təhlükəsizliyini təmin etmək, bölgəni qorumaq və kürdlərin Türkiyə ilə yaxşı əlaqələr qurmağına kömək etmək üçün mövcud sərhədlərdə əsgər yerləşdirmələrini istəyiblər.

Məlumdur ki, Fransa Suriyada YPG/PKK-ya daim silah verib və onlara təlimlər keçiblər. Yəni faktiki olaraq Fransa YPG/PKK ilə bərabər hərəkət edir, onlara kömək göstərir. Fransanın burada məqsədi Türkiyəyə daim problem yaratmaqdır. Bu səbəbdən Fransanın əraziyə daha böyük silahlı qüvvə yerləşdirməsini rəsmi Ankaranın qəbul etməsı real görünmür.

Vəziyyəti təhlil edən türkiyəli analitiklər hesab edir ki, YPG/PKK nəzarətində olan ərazidə həm rəsmi Dəməşqi, həm də Ankaranı qane edən şərait təmin olunmasa, Suriyada növbəti müharibə qaçınılmaz olacaq. Ekspertlər bu müharibədə YPG/PKK-nın qalib gəlmək şansının çox zəif olduğunu düşünürlər.

Vasif

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri