Rusiya bu gecə “Yars” raketini buraxır Ukrayna və NATO ya təhdid siqnalı
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya bu gecə “Yars” tipli qitələrarası ballistik raketin "təlim-döyüş" məqsədli sınaq buraxılışını həyata keçirməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
İdarənin açıqlamasına görə, RS-24 “Yars” raketinin buraxılışı Rusiyanın Sverdlovsk vilayətində, Svobodnıy yaşayış məntəqəsi yaxınlığında baş tutacaq.
Məlumatda qeyd edilir ki, bu addım Rusiya tərəfindən Ukraynaya, eləcə də Avropa İttifaqı və NATO ölkələrinə qarşı nümayişkaranə təzyiq və qorxutma məqsədi daşıyır.
Xatırladaq ki, RS-24 “Yars” raketi üç mərhələli, bərk yanacaqla işləyən və 10 min kilometrdən çox məsafəyə uçuş qabiliyyətinə malik silah sistemidir. /Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















