Rusiyadan göz dağı! “Yars” ballistik raketi ortaya çıxdı...
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
Rusiya ordusu Volqaboyu ərazisində nüvə başlıqlı qitələrarası “Yars” ballistik raketi ilə təlimlər keçirib.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Volqa çayı bölgəsində “Yars” qitələrarası nüvə ballistik raketi ilə təlimlərin keçirildiyini açıqlayıb.
Bildirilib ki, raketlər “döyüş patrul marşrutları”nda kamuflyaj altında yerləşdirilib. Raket bölməsi məxfiliyi artırmaq məqsədilə “Yars” raket qurğuları meşəlik əraziyə paylanıb.
Həmçinin qeyd olunub ki, qoşunlar təxribat qruplarına qarşı müdafiə təlimləri keçirib.
Paylaşılan görüntülərdə nüvə raketlərinin qarla örtülmüş meşədə irəlilədiyi anlar əks olunub. Ukraynaya hücum səbəbindən Qərblə gərginliyin davam etdiyi bir vaxtda Rusiyanın bu addımı “nüvə xəbərdarlığı” və “Qərbə hədə-qorxu” kimi şərh edilib.
Tehran,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















