Rusiya bu silahı təklif edir Azərbaycan alacaq?
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün dünyada “Pantsir-S1” kompleksi ilə bağlı həm müsbət, həm də mənfi fikirlər mövcuddur.
Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayevin Azərbaycana “Pantsir-S1” komplekslərini təklif etməsi barədə danışarkən deyib.
“Gəlin görək, “Pantsir-S1” kompleksi özünü döyüş meydanında necə göstərib? Bu komplekslərin güclü tərəfləri olduğu kimi, ciddi çatışmazlıqları da var. “Pantsir-S1” kompleksləri, məsələn, İsrailin sistemləri ilə müqayisədə hansı üstünlüyə malikdir? “Pantsir-S1” ən yeni texnologiya deyil. Bizə isə ən müasir hava hücumundan müdafiə sistemləri lazımdır. Müasir döyüş şəraitində PUA-lar və yüksək dəqiqlikli silahlar qarşısında “Pantsir-S1” kompleksləri, NATO təsnifatına görə, “SA-22” sistemləri elə də böyük effektivlik nümayiş etdirmir. Bu sistemin artıq beşinci ildir davam edən Ukrayna müharibəsində ciddi zəiflikləri üzə çıxdı”, - ekspert bildirib.
Ü.Cəfərov qeyd edib ki, “Pantsir-S1” komplekslərinin dizaynında da böyük problemlər mövcuddur:
“Sistemin konstruksiyasında plastik materiallardan istifadə edilməsi kiçik ölçülü və aşağı radar görünmə göstəricilərinə malik dronların, FPV və “Bayraqdar” tipli PUA-ların aşkarlanması və vurulması ilə bağlı çətinliklər yaradır ki, bu da sistemin əsas çatışmazlıqları sırasındadır. “Pantsir-S1” sisteminin hətta bəzi hallarda quş sürülərini hədəflərlə səhv saldığı iddiası var. Aşkarlama imkanları kifayət qədər zəifdir. Ukrayna müharibəsində Rusiyanın “Pantsir-S1” komplekslərinin əhəmiyyətli bir hissəsi məhv edilib. Bunun səbəbi həmin sistemlərin Ukraynanın kamikadze dronları və radiolokasiya əleyhinə raketləri qarşısında həssas olmasıdır. Bu dronlar “Pantsir S1” komplekslərini nisbətən asanlıqla məhv edə bilir. Əlbəttə, bu sistemin ziflikləri aradan qaldırılarsa, təklifi müzakirə etmək mümkündür. Ancaq indiki halda “Pantsir-S1” kompleksləri müasir müharibələr üçün yüksək səviyyəli effektiv silah hesab edilə bilməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 Noyabr 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















