Icma.az
close
up
RU
“Rusiya buna görə Azərbaycana hücuma keçdi” Metyu Brayza mühüm detalları açdı

“Rusiya buna görə Azərbaycana hücuma keçdi” Metyu Brayza mühüm detalları açdı

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Azərbaycanla Rusiya arasında diplomatik və siyasi gərginliyə çevrilən son prosesləri Globalinfo.az-a şərh edib.
M.Brayza bildirib ki, 2024-cü ilin sonunda Azərbaycan və Rusiya arasında münasibətlər çox möhkəm idi, prezident Əliyev və prezident Putin noyabrda keçirdikləri görüşdən sonra çox yaxın ikitərəfli münasibətlər qurulduğunu bəyan etdilər:
“Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi faciəvi şəkildə Qroznı səmasında Rusiyanın zenit raketi ilə vuruldu və xatırlayırsızsa, Rusiya enişə icazə vermədiyi üçün Xəzər dənizinin üzərindən uçmağa davam etdi. Nəticədə Aktauda onlarla insanın həlak olması ilə nəticələnən qəzaya uğradı. Amma Allaha şükürlər olsun ki, sağ qalanlar var.
Düşünürəm ki, prezident Putinin hələ də rəsmi şəkildə üzr istəməməsi və ya Rusiyada baş verən bu faciəyə görə məsuliyyəti öz üzərinə götürməməsi, bununla təyyarənin təsadüfən vurulmuş kimi göstərməsi prezident İlham Əliyevi qəzəbləndirib.
Beləliklə ötən ilin sonu və 2025-ci ilin əvvəlində Azərbaycan–Rusiya münasibətləri pisləşməyə başladı, sonrakı aylarda gərginlik artan istiqamətdə getdi”.
M.Brayza qeyd edib ki, ötən ayın sonu Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlılara vəhşicəsinə hücum, işgəncə nəticəsində iki azərbaycanlının həlak olması prezident Əliyevi daha da hiddətləndirib:
“Azərbaycan Rusiyanın təbliğat orqanlarından olan “Sputnik”in yerli ofisini bağlayıb. İndi də məlum olur ki, Azərbaycan buradakı bütün rus dilli məktəbləri bağlamağa hazırlaşır və ya bu barədə düşünür. Bu, çox mühüm addımdır, çünki ruslar tarixən rus dilində danışanların hüquqlarını müdafiə etmək haqqına malik olduqlarını iddia ediblər. Bunu istər Baltikyanı ölkələrdə hibrid müharibə, istərsə də Ukraynada kinetik müharibə (hərbi və ya siyasi məqsədlərə çatmaq üçün fiziki güc və zorakılığın tətbiqi. –red) yolu ilə ediblər.
Beləliklə, gərginlik həqiqətən də artır. Daha geniş bir mənzərə var və mən hesab edirəm ki, Rusiya da istərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmağa çalışsın. Çünki iki ölkə sülh müqaviləsinə yaxınlaşır və təbii ki, bu cür razılaşma Rusiyanın Cənubi Qafqazda təsirini və ya imkanlarını azaldacaq.
Eyni zamanda, Ermənistan Rusiyadan uzaqlaşır, Avropa və ABŞ ilə münasibətlərini möhkəmləndirir. Azərbaycanın Türkiyə ilə əlaqələri getdikcə güclənir. Beləliklə, Rusiya Ukraynada bataqlığa düşüb, Azərbaycanda və Ermənistanda nüfuzunu xeyli dərəcədə itirir. Və o saxlanılan zavallı azərbaycanlılara qarşı vəhşicəsinə hücumları Bakıya bir növ siqnal kimi istifadə etmiş ola bilər. Amma prezident Əliyev buna çox ciddi şəkildə cavab verir”. (Globalinfo.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri