Rusiya bütün qüvvələrini bu iki şəhəri ələ keçirməyə yönəldib ISW
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatına görə, Rusiya ordusu diqqətini Pokrovsk və Mirnoqrad şəhərlərinin ələ keçirilməsinə yönəldib, Konstantiynovka istiqamətindəki hücumların intensivliyini isə azaldıb.
ISW analitikləri bildirir ki, rus qoşunları Pokrovsk və onun ətrafında hücum əməliyyatlarını gücləndirərək şəhəri tam nəzarətə götürməyə və Ukraynanın bu istiqamətdəki müdafiəsini məhv etməyə çalışır.
Qeyd olunur ki, 1 noyabrda yayılan videolarda rus qüvvələrinin Pokrovskun cənub-şərqində irəlilədiyi görünür. 2 noyabr tarixli görüntülərdə isə Ukrayna qüvvələrinin Pokrovskun şimalında iki rus əsgərinə zərbə endirdiyi qeyd olunur. ISW ekspertlərinin qiymətləndirməsinə görə, bu, kiçik əməliyyat olub və ərazi nəzarətinə ciddi təsir göstərməyib.
Rus hərbi bloqerləri iddia edirlər ki, rus qoşunları Pokrovskun şimal-şərqinə, mərkəzinə və cənub hissəsinə, eləcə də Mirnoqradın şimal və cənub-şərqinə, həmçinin Hnatovka və Roq kəndlərinin cənubuna doğru irəliləyiblər. Eyni zamanda, onların məlumatına görə, Ukrayna ordusu Zatışke (Pokrovskun şimal-şərqi) istiqamətində bəzi mövqeləri geri alıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 03 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















