Icma.az
close
up
RU
Rusiya Çin yaxınlaşması və ABŞ ın yeni strategiyası: qlobal güc balansında təhlükəli üçbucaq

Rusiya Çin yaxınlaşması və ABŞ ın yeni strategiyası: qlobal güc balansında təhlükəli üçbucaq

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya və Çin arasında artan yaxınlıq, ABŞ-nin yeni təhlükəsizlik strategiyası və Ukrayna ətrafında gedən danışıqlar qlobal güc balansını tamamilə yeni mərhələyə daşıyır.

Moskva Qərb sanksiyalarının yaratdığı təcriddən çıxmaq üçün Pekinə daha çox bağlandıqca, Çin də öz maraqlarına uyğun şəkildə Rusiyanın siyasi mövqeyini qorumağa çalışır. Eyni zamanda Vaşinqtonun prioritetləri dəyişir: ABŞ Avropa cəbhəsini ön sıradan çəkərək diqqətini daha çox Çinlə rəqabətin mərkəzləşdiyi Asiya-Sakit okean regionuna yönəldir. Bu proseslərin hamısı Ukraynanın mövqeyini həm diplomatik, həm hərbi, həm də siyasi baxımdan daha mürəkkəb vəziyyətə salır.

Qlobal güclər arasında yaranan bu yeni üçbucaq, ABŞ, Çin və Rusiya təkcə böyük dövlətlərin deyil, region ölkələrinin də strateji seçimlərini yenidən müəyyənləşdirir.

Bu dəyişikliklərin mahiyyətini Bakıvaxtı.az-a açıqlayan politoloq Züriyə Qarayeva bildirib ki, əslində sənədin kontentinə baxanda, yeni və radikal heç nə görünmür. Rusiya və Çin illərdir beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, Tayvan məsələsində Moskva Pekinin mövqeyini açıq şəkildə tanıyır, Pekin isə Rusiyanın öz təhlükəsizliyini təmin etmək haqda ritorikasını ümumi şəkildə dəstəkləyir. Ona görə bu sənəd daha çox siyasi jest mahiyyəti daşıyır. Deidiynə görə, Rusiya Ukraynaya qarşı müharibədə təcrid olunduğu üçün Çinə yaxınlıq görüntüsü yaratmaqla vəziyyəti kompensasiya etməyə çalışır. Çin isə Moskva ilə əməkdaşlığı genişləndirsə də, ABŞ sanksiyalarından ehtiyat etdiyi üçün Rusiyaya böyük sərmayə qoymağa tələsmir. Yəni sənəd iki tərəfin bir-birinə tam güvəndiyini deyil, daha çox praqmatik maraqlar üzərində qurulmuş münasibəti göstərir.

Sənəddə Pekinin “Rusiyanın təhlükəsizliyini və suverenliyini dəstəkləməsi” bəndini şərh edən politoloq bildirib ki, bu bənd ilk baxışda Rusiyanın mövqeyinə açıq dəstək kimi görünür, amma əslində Pekin bu müharibənin uzanmasını istəmir:

“Müharibə Çin üçün iqtisadi risk yaradır. Enerji daşımaları çətinləşir, Avropa ilə ticarət əlaqələri zərər görür, ABŞ və Aİ-nin Çin şirkətlərinə təzyiqi artır. Pekinin Rusiyanın “təhlükəsizliyinə dəstək” ifadəsini qəbul etməsinin əsas səbəbi balansı qorumaqdır. Çünki, Çin Rusiyanı tam itirmək istəmir, amma eyni zamanda Kremlə açıq şəkildə hərbi dəstək verəcək qədər də risk almır. Bu, simvolik və diplomatik jestdir, amma Pekinin müharibəni dəstəklədiyi anlamına gəlmir. Əksinə, Çin müharibə nə qədər uzansa, bir o qədər iqtisadi zərər görür və bu, Pekini narahat edir”.

Züriyə Qarayeva: Vaşinqtonun Moskva ilə dialoq xəttini bərpa etmək istəyi Ukraynanı masa arxasında daha zəif tərəfə çevirə bilər

ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının Rusiya-Çin yaxınlaşmasına təsirinə gəlincə, müsahibimiz qeyd edib ki, yeni strategiya Vaşinqtonun prioritetlərinin dəyişdiyini açıq göstərir. ABŞ artıq Avropa məkanına əvvəlki qədər enerji sərf etmək istəmir və diqqəti əsasən Çinə yönəldir:

“Bu durum Rusiyanı daha çox Pekinə yaxınlaşdırır, çünki Moskvanın Qərblə münasibətləri tam bloklanıb. Lakin paradoks ondadır ki, ABŞ-nin prioritet dəyişikliyi Rusiyanın güclənməsi anlamına gəlmir - əksinə, Moskvanı daha da asılı hala salır. Rusiya artıq sərbəst oyunçu deyil, Çinin şərtlərinə uyğun hərəkət etməyə məcbur olan tərəfdir. Vaşinqtonun Rusiyaya qarşı yumşaq ritorikası isə Moskvanın deyil, Ukraynanın mövqeyini zəiflədir”.

“ABŞ-nin bu yeni kursu Ukraynanın geosiyasi mövqeyinə necə təsir edəcək” sualını cavablandıran Z.Qarayevanın sözlərinə görə, bu, Ukrayna üçün ən çətin mərhələlərdən birini yaradır. Politoloq bildirib ki, ABŞ müharibəyə əvvəlki qədər resurs ayırmayacağını göstərir və bu, Kiyevin danışıqlarda manevr imkanlarını məhdudlaşdırır.

“Vaşinqtonun Moskva ilə dialoq xəttini bərpa etmək istəyi Ukraynanı masa arxasında daha zəif tərəfə çevirə bilər. Ukrayna cəmiyyəti güzəştlərə qarşı həssasdır və hökumət üçün siyasi risk böyükdür. Çin-Rusiya yaxınlaşması və ABŞ-nin strategiya dəyişikliyi nəticəsində Ukrayna qlobal güclər arasında daha mürəkkəb mövqedə qalır. Bu yeni reallıq Kiyevi həm güc balansını, həm təhlükəsizlik mexanizmlərini, həm də diplomatik strategiyasını yenidən qurmağa məcbur edir”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri