Icma.az
close
up
RU
Çin Hindistan yaxınlaşması: Yeni güc mərkəzi yaradılır?

Çin Hindistan yaxınlaşması: Yeni güc mərkəzi yaradılır?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Pekində keçiriləcək mərasimə Rusiya, Hindistan və Şimali Koreya liderləri gələcəklərini bildirsələr də, Çin də daxil olmaqla bu "dördlük” arasında hansısa bir blok və ya ittifaqın bünövrəsinin qoyulacağını ehtimal etmirəm”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə sentyabrın əvvəlində Çində keçiriləcək Yaponiya üzərində qələbənin 80 illik yubiley tədbirində Rusiya, Hindistan və Şimali Koreya kimi dövlətlərin liderlərinin də iştirak edəcəyi mərasimdən gözləntiləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Çində II Dünya müharibəsində Yaponiya üzərində qələbənin ildönümü qeyd ediləcək:

"Ona görə də tarixi hadisənin qeyd edildiyi həmin tədbirə Rusiya, Şimali Koreya, Hindistan kimi ölkələrin liderləri gəlsələr də belə, burada fövqəladə nəsə baş verməyəcək".


Ekspertin fikrincə, Pekin, Moskva, Nyu-Dehli və Pxenyan arasında hansısa bir birliyin yaranması ehtimalı aşağı səviyyədədir:

"Belə tədbirlərdən əvvəl hansısa ciddi siyasi proseslər, görüş və danışıqlar gedə, müqavilələr bağlana, ziddiyyətlər yarana və ya həll edilə bilər. Ola bilsin ki, bütün bunlar belə mərasim görüşləri ərəfəsində hansısa bir nöqtəyə gəlib çatsın. Ancaq Pekində keçiriləcək qələbənin ildönümü mərasimi fonunda dünya nəhənglərindən sayılan Hindistan, Rusiya, Şimali Koreya və Çin arasında hansısa bir blok və ya ittifaqın əsasının qoyulacağını zənn etmirəm. Tədbir diplomatik bir mərasimdir. Onun Çində qeyd edilməsi həmin ölkəyə böyük hörmətin olmasının nəticəsidir. Bu ölkə dünyanın ikinci böyük iqtisadi dövlətidir.Son illər Çin güclü elmi-texniki nailiyyətlərə imza atıb. Ona görə də sözügedən tədbir Pekində qeyd edilir. Amma həmin tədbir fonunda adı hallanan 4 ölkə arasında hansısa bir böyük yeni siyasi-hərbi blokun yaranmasının əlamətini görmürəm".

Ekspertin fikrincə, Pekinlə Nyu-Dehli arasında yaxınlaşmanın baş verməsinin günahkarı isə ABŞ prezidenti Donald Trampdır:

"Tramp Hindistana qarşı əsassız iddialarla çıxış etdi. Hindistandan tələb edirdi ki, Rusiyadan ucuz qiymətə neft almasın və öz sərhədlərini Amerika kənd təsərrüfatı məhsulları üçün açsın. Hindistanın baş naziri hər iki tələbi ölkənin suverenliyinə zərbə vurduğundan rədd etdi. Baş nazir Narendra Modinin əsas seçiciləri Hindistan kəndliləri, fermerləridir. Bu əsasda Hindistan sərhədlərini ABŞ-ın aqrar məhsulları üçün açsa yerli fermerlərin müflisləşməsinə bais olacaq və seçici bazasını da itirəcək. Odur ki, Trampın tələblərini rədd etdi. Nəticədə Hindistan ənənəvi rəqib Çinlə münasibətləri yaxşılaşdırmaq yolunu tutdu. Yəni Çinlə Hindistanın yaxınlaşması Trampın doğru olmayan siyasətinin nəticəsidir”. 

Qeyd edək ki, sentyabrın 3-də Pekində II Dünya müharibəsində və Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində qələbənin 80 illiyi münasibətilə hərbi parad keçiriləcək. Tədbirə 26 ölkədən Rusiya, Hindistan, Şimali Koreya liderləri də daxil olmaqla 26-ya yaxın ölkə rəhbərləri dəvət edilib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri