Icma.az
close
up
RU
Rusiya “dişlərini qıcayır”: Son dəfə

Rusiya “dişlərini qıcayır”: Son dəfə

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin  mətbuat bürosunun məlumatına əsasən, ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın Suriyadakı hərbi bazalarına qarşı terror aktları hazırlayır.

Xarici Kəşfiyyat idarəsinə daxil olan məlumatlara görə, ABŞ-nin hazırkı administrasiyası və Böyük Britaniya rəhbərliyi Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra bu ölkədə vəziyyətin sabitləşməsinə mane olmaq niyyətindədir. "Daha geniş planda onların məqsədi Yaxın Şərqdə xaos vəziyyətini qorumaq və davam etdirməkdir", - deyə məlumatda qeyd olunur.

Bundan əlavə, bildirilib ki, Vaşinqton və London belə bir mühitdə öz geosiyasi məqsədlərinə daha tez çatmaq niyyətindədir, yəni bölgədə uzunmüddətli dominantlıqlarını təmin etmək istəyir.

Bu planların reallaşmasına isə Suriyanın Aralıq dənizi sahilində yerləşən Rusiya hərbi kontingentinin mövcudluğu mane olur. Rusiya hərbi bazaları indiyə qədər bölgədə sabitlik üçün əhəmiyyətli faktor olaraq qalır.

Suriya böhranında geosiyasi rəqabətlərin artdığı bir vaxtda bu cür məlumatlar tərəflər arasındakı gərginliyin yeni mərhələyə keçdiyini göstərir. ABŞ və Böyük Britaniyanın bu iddialara hansı reaksiya verəcəyi isə yaxın günlərdə aydın olacaq. Bu hadisəni necə dəyərləndirmək olar?

İsraili politoloq Abraham Şmuleviç “Cebheinfo.az”-a hadisəni dəyərləndirərək bildirib ki,  bu hadisəni Azərbaycana məxsus təyyarənin quş sürüləri tərəfindən hücuma məruz qaldığı barədə yayılan xəbərlərlə müqayisə etmək olar:


"Hazırda Rusiya tərəfinin verdiyi bəyanat tamamilə oxşar xarakter daşıyır. Əslində, bu cür bəyanatlar Rusiya tərəfindən yalnız indi deyil, hər zaman yayılır. Bu cür iddiaların heç bir əsaslı dəlili yoxdur.

ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının Rusiyanın Suriyadakı hərbi qüvvələri və bazalarına qarşı terror aktları hazırladığını düşünmürəm. Çünki Rusiyanın Suriyadakı bazaları onsuz da heç yerə getmir. Bu vəziyyətdə Türkiyənin mövqeyini başa düşmək olar.

Rusiya hər zaman bu kimi bəyanatlarla çıxış edir. Rusiyanın nümayəndələri çox vaxt birbaşa yalan məlumatlar və dezinformasiyalar yaydığına görə ifşa olunub. Ona görə də bu cür iddiaları ciddi qəbul etmək düzgün deyil”.

Amerikanın mövqeyinə gəldikdə, o deyib ki, Yaxın Şərqdə xaos yaratmaq Qərbin maraqlarına uyğun deyil:

“Əksinə, məhz ABŞ sayəsində İŞİD məğlub edildi və bu terror təşkilatının yaratdığı xaos aradan qaldırıldı. Xaos yaradan tərəf isə məhz Rusiyadır.

Rusiya  müəyyən mənada belə bir xaos yaratmaqdan maraqlı ola bilər ki, bunun nəticəsində hakimiyyət bölgədə qala bilsin, yəni rus bazaları və qüvvələri Suriyada öz mövcudluğunu davam etdirsin. 

Hətta müəyyən qüvvələrin onlardan daha çox müdaxilə xahiş etməsi də mümkündür.

Bu, əvvəllər də baş verib. Rusiya ordusunun Suriyaya gəlməsi məhz bu cür xaos nəticəsində baş verdi. İŞİD-in yaranması, “Ərəb baharı” hadisələri və Əsəd hökumətinin hakimiyyəti saxlaya bilməməsi Rusiyadan yardım istənilməsinə gətirib çıxardı”.

Ekspert  qeyd edib ki, Rusiya oxşar ssenarini həyata keçirməkdən maraqlı ola bilər. Yəni bölgədə nə bir tərəf tam qələbə qazansın, nə də sabitlik təmin olunsun ki, Suriyada rus bazalarının qalması zəruri hesab edilsin:

"Çünki Suriya Rusiyanın imperialist planları üçün strateji əhəmiyyət daşıyır.  Rusiya hətta öz vətəndaşlarına qarşı terror aktları təşkil etmək təcrübəsinə  malikdir. Bu, hələ Sovet dövründə istifadə olunan taktikadır. Məsələn, Finlandiya ilə müharibənin başlanğıcında rus ordusu öz mövqelərini atəşə tutub və daha sonra bunu finlərin etdiyini elan edib. Bu, Rusiya üçün çox yaxşı tanınan bir strategiyadır.

Bu vəziyyətdə belə ehtimal etmək olar ki, Rusiya öz qüvvələrinə qarşı nümayişkaranə terror aktları təşkil etmək və bunun günahını Amerika və Böyük Britaniyanın üzərinə atmaq istərdi. Ehtimal ki, belə bir vəziyyətdə  Qərbə qarşı düşmən münasibətlər daha da güclənərdi.

Amma düşünmürəm ki, bu ssenari realdır. Çünki Rusiyanın qüvvələri çox zəifdir və Qərbə qarşı hər hansı aqressiv addıma cəsarət etməsi az ehtimal olunur. Əksinə, bu cür bəyanatlar daha çox məğlub olmuş biri kimi çıxış edən Rusiyanın öz adətinə uyğun olaraq dişlərini qıcamasıdır, amma əslində heç nə edə bilmir".

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri