Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Rusiya erməniləri qovmağa hazırlaşır?

Rusiya erməniləri qovmağa hazırlaşır?

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik yeni mərhələyə qədəm qoyur. İrəvanın son illər Qərbə doğru siyasi və geosiyasi istiqamətini dəyişmək cəhdləri Moskvanın narazılığını artırdığı halda, Ermənistan hələ də Rusiya ilə iqtisadi əlaqələrin, o cümlədən Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə etdiyi üstünlüklərin saxlanılmasında maraqlıdır. Belə bir vəziyyətdə Moskvanın İrəvana təsir imkanlarından biri kimi əmək miqrasiyasından istifadə edə biləcəyi barədə müzakirələr güclənib.

Hurriyyet.media  ritmeurasia.ru-ya istinadla xəbər verir ki, Rusiyada çalışan erməni miqrantlara qarşı qaydaların sərtləşdirilməsi gözləmillir. 

Bu isə Ermənistan üçün ciddi problem yarada bilər. Çünki Rusiyada işləyən ermənilərin ölkəyə göndərdiyi pullar Ermənistan iqtisadiyyatı üçün mühüm gəlir mənbəyidir. Ermənistan Mərkəzi Bankının 2025-ci il üzrə məlumatlarına görə, Rusiyadan fiziki şəxslər tərəfindən Ermənistana təxminən 3,87 milyard dollar pul köçürülüb. Müqayisə üçün, Ermənistanın həmin il ümumi daxili məhsulu 29,2 milyard dollar təşkil edib. Başqa sözlə, Rusiyadan gələn pul köçürmələri Ermənistan iqtisadiyyatının təxminən 13 faizinə bərabər olub.Bu rəqəm Ermənistanın Rusiyadakı əmək bazarından nə qədər asılı olduğunu göstərir. ABŞ-dan Ermənistana 2025-ci ildə 733 milyon dollar, Böyük Britaniyadan 207 milyon, İsveçrədən 131 milyon, Birləşmiş Ərəb Əmirliklərindən 105 milyon, Almaniyadan isə 100 milyon dollar köçürülüb. Yəni Rusiyadakı erməni miqrantların göndərdiyi vəsait yalnız ayrı-ayrı Qərb ölkələrindən gələn pullarla deyil, onların bir neçəsinin birlikdə göndərdiyi vəsaitlə müqayisədə də böyük üstünlüyə malikdir. Moskva isə bu asılılığın fərqindədir. Rusiya prezidenti Vladimir Putin may ayında Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanın qurumdan çıxmasının mümkün nəticələrindən danışarkən ölkənin ÜDM-nin ən azı 14 faizini itirə biləcəyini bildirmişdi. Bu rəqəm faktiki olaraq Rusiyadan gələn pul köçürmələrinin Ermənistan iqtisadiyyatındakı payına yaxınlaşır.

Hazırda Ermənistan vətəndaşları Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiyada işləmək baxımından mühüm üstünlüklərə malikdirlər. Əmək müqaviləsi bağlayan erməni vətəndaşları Rusiya vətəndaşları ilə bir sıra hüquqlar baxımından bərabər tutulur və digər MDB ölkələrinin vətəndaşlarından tələb olunan patent sistemi onlara tətbiq edilmir. Əgər Ermənistan AİB-dən çıxarsa, erməni vətəndaşları üçün Rusiyada işləmək şərtləri digər MDB ölkələrindən gələn miqrantlarla eyniləşdirilə, patent almaq və digər miqrasiya tələblərinə əməl etmək məcburiyyəti yarana bilər. Bu isə İrəvan üçün sadəcə sosial deyil, həm də iqtisadi zərbə deməkdir. Rusiyada işləyən yüz minlərlə erməninin gəlirlərinin azalması və ya onların ölkəyə qayıtması Ermənistan daxilində işsizlik və sosial problemləri artıra bilər. Ən mühümü isə Rusiyadan Ermənistana pul axınının azalması ölkənin valyuta gəlirlərinə və daxili istehlaka təsir göstərə bilər.

Rusiya artıq son illərdə miqrasiya siyasətini sərtləşdirib. Xüsusilə 2024-cü ilin martında “Crocus City Hall” terrorundan sonra Rusiyada miqrantlara nəzarət gücləndirilib. Buna baxmayaraq, ermənilərin Rusiyaya əmək miqrasiyası digər bəzi MDB ölkələri ilə müqayisədə nisbətən sabit qalıb.Rəsmi statistikaya görə, 2023-cü ildə Rusiyaya işləmək məqsədilə daxil olan Ermənistan vətəndaşlarının sayı 174,1 min nəfər olub. 2024-cü ildə bu göstərici 171,3 minə, 2025-ci ildə isə 154,5 minə düşüb. Beləliklə, iki il ərzində azalma 11 faizdən bir qədər çox olub. Lakin 2026-cı ilin ilk yarısında azalma daha ciddi xarakter alıb. Yanvar-iyun aylarında Rusiyaya işləmək məqsədilə daxil olan Ermənistan vətəndaşlarının sayı 88,6 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz azdır. Məsələ yalnız əmək miqrasiyası ilə də bitmir. Ermənistanın EAEİ-dən çıxması Rusiyadan gələn enerji daşıyıcılarının qiymətinə, dəmir yolu və avtomobil daşımalarına, Ermənistan məhsullarının Rusiya bazarına çıxışına və turizm sektoruna da təsir göstərə bilər. Ermənistanın coğrafi vəziyyəti isə alternativ bazarlara sürətli keçidi çətinləşdirir. Burada Moskvanın əsas üstünlüyü də məhz bundan ibarətdir. Ermənistan Qərblə siyasi yaxınlaşmanı sürətləndirə bilər, lakin iqtisadi və sosial baxımdan Rusiya ilə əlaqələri qısa müddətdə əvəz etmək olduqca çətindir.

İrəvan Qərbə doğru siyasi kursunu dəyişmək istəyirsə, qarşısında əsas suallardan biri də budur: Rusiya bazarını, enerji və iqtisadi üstünlükləri, ən əsası isə yüz minlərlə erməninin Rusiyadakı əmək imkanlarını hansı mənbə ilə əvəz etmək mümkün olacaq? Məhz buna görə Moskvanın “miqrasiya kartı” Ermənistan üçün ən ağrılı təzyiq vasitələrindən birinə çevrilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Avqust 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri