Rusiya Federasiya Şurası sədrinin müavini: İqlimin müdafiəsində parlamentlərin səsi eşidilməlidir
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
COP29-un keçirilməsində azərbaycanlı dostlarımızı dəstəkləyirik və bu, çox vacibdir. İqlimin müdafiəsində parlamentlərin səsi eşidilməlidir, çünki qanunvericilər xalqın fikrini ifadə edirlər.
“Report” xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin bildirib.
O bildirib ki, Azərbaycan artıq ilk görüş çərçivəsində iqlim dəyişikliyindən qorunma, su obyektlərinin qorunması üzrə tədbirlərin hazırlanması üçün bir sıra konkret təkliflər irəli sürüb:
"Bilirsiniz ki, ölkəmiz Azərbaycanla birlikdə prezidentlərimizin tapşırığı ilə Xəzərin qorunması üzrə tədqiqatlar və tədbirlər həyata keçirir. Ümid edirəm ki, bugünkü görüş iqlim dəyişikliyindən, o cümlədən Xəzərin qorunması üzrə konkret tədbirlərin hazırlanmasına imkan verəcək”.
Qeyd edək ki, bu gün COP 29 iqlim konfransı çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası İttifaqın iştirakı ilə parlament görüşü keçirilir.
Tədbirdə Rusiya nümayəndə heyəti Federasiya Şurası və Dövlət Dumasının rəhbərliyi ilə təmsil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















