İqlimin müdafiəsində parlamentin səsi eşidilməlidir Andrey Vladimiroviç Yatskin
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
"İqlim dəyişikliyi konfransı bu gün Azərbaycan Respublikasının Parlamenti tərəfindən həyata keçirilir. Parlamentlərarası İttifaqın iştirakı ilə parlamentin iclası təşkil edilib". SİA xəbər verir ki, bu sözləri Federasiya Şurasının vitse-spikeri, Rusiya Federasiyası Federal Məclisinin sədri Andrey Vladimiroviç Yatskin deyib.Onun sözlərinə görə, dövlətin Federasiya Şurasının başçılıq etdiyi Rusiya nümayəndə heyəti bu genişmiqyaslı tədbirin keçirilməsində azərbaycanlı dostlarımızla birlikdə iştirak edir və onlara dəstək olurlar: "Bu çox vacibdir. İqlimin müdafiəsində parlamentin səsi eşidilməlidir, çünki parlament xalqın fikrini ifadə edir. Burada, artıq birinci iclasda biz iqlim dəyişikliyindən qorunmaq və su obyektlərinin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanması üçün bir sıra konkret təkliflər irəli sürmüşük. Bilirsiniz ki, ölkəmiz Azərbaycanla birlikdə prezidentlərimizin tapşırığı ilə Xəzərin mühafizəsi istiqamətində tədqiqatlar aparır, tədbirlər həyata keçirir"."Ümidvaram ki, bugünkü görüş bizə iqlim dəyişikliyindən qorunmaq, o cümlədən Xəzər dənizini qorumaq üçün konkret tədbirlər hazırlamağa imkan verəcək. Diqqətiniz üçün təşəkkür edirəm".
Müəllif: Söylü Ağazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















