Rusiya FTX: Trampın ABŞ prezidenti seçilməsinin Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliyə səbəb olması ehtimalı azdır
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Donald Trampın ABŞ prezidenti seçilməsinin Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliyə səbəb olması ehtimalı azdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.
O, hakimiyyətdən gedən Bayden komandasının daxili siyasi mübarizə çərçivəsində Avrasiyanın regionlarında vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışacağını da istisna etməyib.
FTX rəhbəri qeyd edib ki, Vaşinqtonun Kiyevə Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə verməsi istər-istəməz Ukraynada və onun ətrafında münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq. Bortnikovun sözlərinə görə, Ukraynanın mütəşəkkil cinayətkarlığı narkotik istehsalının əhəmiyyətli hissəsinə nəzarət edir və bu amil Rusiyaya qarşı hibrid müharibədə istifadə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















