Icma.az
close
up
RU
Vaşinqtonun maliyyə siyasətində yeni hədəflər

Vaşinqtonun maliyyə siyasətində yeni hədəflər

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Konqresi kriptovalyutaların hüquqi əsaslarını təsbit edən tarixi qanun paketi qəbul edib. Prezident Donald Trampın ikinci dönəminin ilk yarım ilində baş verən bu hadisə ölkənin rəqəmsal valyutalar sahəsində qlobal supergücə çevrilməsi iddiasını rəsmi şəkildə bəyan edir.

“Kriptovalyutalar ABŞ maliyyə sisteminin periferiyasından mərkəzinə doğru irəliləyir”, – deyə Tramp qanunların imzalanması zamanı bəyan edib. O, ölkənin texnoloji liderliyini möhkəmləndirmək, dolların qlobal rolunu qorumaq və dövlət borcunu nəzarətdə saxlamaq məqsədi daşıyan bu qanunvericilik paketini “tarixi dönüş” adlandırıb.

Qanunvericilik paketinin əsas elementi kimi təqdim olunan “GENIUS Act” (“Stablecoin Tənzimləmə və İstiqamətləndirmə Qanunu”) ABŞ-da steyblkoinlərin – dollar, qızıl və ya dövlət istiqrazlarına bağlı rəqəmsal aktivlərin – ilk dəfə federal səviyyədə tənzimlənməsini təmin edir.

Yeni hüquqi çərçivəyə görə, steyblkoinlər (steyblkoin (ing. stablecoin) – adından da göründüyü kimi, sabit dəyərə malik kriptovalyutadır. Yəni bu tip rəqəmsal pul vahidi hansısa sabit aktivə – əsasən ABŞ dolları, qızıl və ya dövlət istiqrazlarına bağlanır. Məqsəd – kriptovalyutaların tipik olaraq dəyişkən olan qiymətini sabitləşdirmək və onları gündəlik ödənişlərdə və maliyyə əməliyyatlarında daha etibarlı vasitəyə çevirməkdir-red.) yalnız 100 faiz likvid aktivlərlə təmin edilməli və emitent şirkətlər aylıq hesabat təqdim etməlidirlər. Bu, həm bank sektorunda, həm də texnologiya nəhəngləri arasında böyük rezonans doğurub. Belə ki, Amazon, Google, Meta kimi şirkətlər artıq öz “rəqəmsal dollarlarını” buraxmağa hazırlaşırlar.

Ən diqqətçəkən məqamlardan biri isə ABŞ-ın dövlət tərəfindən buraxılan rəqəmsal valyuta modelindən imtina etməsidir. Avropa və Çin mərkəzi bankları rəqəmsal avro və yuan layihələrini irəlilədikləri bir vaxtda, ABŞ Konqresi Federal Ehtiyat Sisteminə rəqəmsal dollar buraxmağı qadağan etdi. Rəsmi izahat: “Amerikalıları dövlət nəzarətindən qorumaq”.

Ekspertlər xəbərdarlıq edirlər: steyblkoinlərin kütləvi dövriyyəyə daxil olması bank sektoru üçün ciddi təzyiqlər yarada bilər. “Banklar artıq rəqəmsal nəhənglərlə eyni oyun meydanında rəqabətə girməyə məcburdurlar”, – deyə “Bloomberg”in eksperti Kristin Harper bildirir.

Banklara qoyulan sərt tənzimləmə tələbləri sabitkoin emitentləri üçün tətbiq olunmur. Bu isə sistemin sabitliyinə dair suallar doğurur. Harper xatırladır: 2008-ci il böhranı da məhz “təhlükəsiz” sayılan maliyyə alətlərinin yarıtmaz şəkildə istifadəsi nəticəsində baş vermişdi.

Yeni qanunlar kriptovalyutanın əsas ideyası olan anonimliyi də sual altına alır. Steybltkoinlər blokçeyn sistemində izlənilə bilən rəqəmsal izlər buraxır. Bu isə gələcəkdə əməliyyatların dövlət qurumları tərəfindən izlənilməsi imkanlarını artırır.

“Qanunlar istifadəçi məlumatlarının izlənməsi məsələsini açıq buraxır. Bu isə maliyyə məxfiliyi prinsipinə ciddi zərbə vura bilər”, – deyə Cato İnstitutunun eksperti Cenifer Şalp qeyd edir.

ABŞ-ın rəqəmsal valyuta siyasətində yeni səhifə açılır. Kriptovalyutanın qeyri-rəsmi dünyasından rəsmi iqtisadi strukturuna inteqrasiyası prosesi Trampın siyasi iradəsi ilə sürətlənib. Lakin bu prosesin arxasında duran iqtisadi, texnoloji və hüquqi reallıqlar hələ də müzakirəyə açıqdır. Çünki yeni sistemin vəd etdiyi texnoloji sıçrayışla yanaşı, maliyyə riskləri, qeyri-müəyyənliklər və kriptomaliyyənin mahiyyətinə zidd olan tendensiyalar da mövcuddur.

Səbuhi MƏMMƏDOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyul 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri