Icma.az
close
up
RU
Rusiya hakerləri Britaniya MN ə jurnalist kimi təqdim olunaraq hücum etməyə cəhd etdi

Rusiya hakerləri Britaniya MN ə jurnalist kimi təqdim olunaraq hücum etməyə cəhd etdi

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ilə əlaqəli bir haker qrupu Böyük Britaniyanın Müdafiə Nazirliyinə qarşı kiberkəşfiyyat əməliyyatı həyata keçirməyə cəhd edib. Onlar özlərini jurnalist kimi təqdim ediblər, lakin hücumun qarşısı alınıb.

Qaynarinfo bu barədə "Sky News”a istinadla xəbər verir.

Uğursuz haker hücumu ilə bağlı məlumatlar Britaniyanın müdafiə naziri Con Hili Britaniya Silahlı Qüvvələrinin Rusiya kimi düşmən dövlətlərə qarşı kiberhücumlar həyata keçirmək üçün hücum imkanlarını gücləndirdiyini açıqladıqdan sonra ortaya çıxıb. Bu bəyanat Britaniyanın müdafiə sisteminin gözlənilən Strategiya İcmalının dərcindən əvvəl verilib.

Sözügedən Strategiya İcmalının bazar ertəsi günü dərc olunacağı gözlənilir. Sənəd ötən ilin iyulunda baş nazir Kir Starmer tərəfindən təqdim edilmiş və iyun ayında keçiriləcək NATO sammitindən əvvəl ictimaiyyətə açıqlanacaq.

Con Hili jurnalistlərə açıqlamasında belə deyib:

"Müharibənin xarakteri dəyişir".

Bu sözləri o, Rusiya kiberhücumunun qarşısını almış heyətin yerləşdiyi, Uiltşirdəki mühafizə olunan bir obyektə səfəri zamanı söyləyib.

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) açıqlamasında qeyd olunur ki, Müdafiə Nazirliyi zərərli proqram təminatının yayılması məqsədilə nazirlik əməkdaşlarına qarşı yönəldilmiş fişinq (aldadıcı) kampaniyasını aşkarlayıb.

NCSC-nin məlumatına görə, ilkin mərhələdə iki elektron məktub göndərilib. Bunlardan birincisi xəbər təşkilatını təqlid edərək jurnalist mövzusuna yönəlib, ikincisi isə maliyyə mövzulu olub və kommersiya fayl paylaşım platformasını hədəfə alıb.

Rəsmi şəxslərdən biri bildirib ki, hücumun aşkar edilməsi təxminən bir saat çəkib. Digər rəsmi isə hücumda istifadə olunan zərərli proqram təminatının "RomCom” adlı rusiyalı haker qruplaşması ilə əlaqəli olduğunu qeyd edib.

Xatırladaq ki, NATO-da kibertəhlükəsizlik, sərhəd və sahil mühafizəsi ilə bağlı fəaliyyətlərin alyansın yeni "hərbiyə yaxın" xərclər göstəricisinə – ÜDM-in 1,5 faizi səviyyəsində – daxil edilməsinə dair təklif irəli sürülüb.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri