Rusiya hakimiyyəti 200 minə yaxın əcnəbinin ölkəyə girişini məhdudlaşdırıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya hakimiyyəti 200 minə yaxın əcnəbinin ölkəyə girişini məhdudlaşdırıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya daxili işlər nazirinin birinci müavini, miqrasiya və vətəndaşlıq üzrə xidmətin rəisi Andrey Kikot prezident Vladimir Putinlə görüşdə bildirib.
Onun sözlərinə görə, hər il təxminən 9 milyon əcnəbi müxtəlif məqsədlər üçün Rusiyaya gəlir
Kikot qeyd edib ki, Rusiya son on səkkiz ayda bütün miqrasiya prosesləri nəticəsində 321 milyard rubl (4 mlrd ABŞ dolları) gəlir əldə edib.
Putin bildirib ki, Rusiyadan qanunsuz miqrantların deportasiyasının sayı 2,6 dəfə artıb.
Onun sözlərinə görə, əmək miqrantları ilə bağlı məsələlərin həllində yerli vətəndaşların maraqları hər şeydən üstündür:"Əcnəbilərin məqsədyönlü şəkildə mütəşəkkil şəkildə işə cəlb edilməsi miqrantların öz hüquqlarını təmin edir və bunu da nəzərə almaq lazımdır".
Putin vurğulayıb ki, son 1,5 ildə Rusiya federal büdcəsinə miqrantlar üçün iş icazəlırindən (patent-red) 60 milyard rubldan (700 milyon ABŞ dolları) çox gəlir daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Sentyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















