Rusiya hazırda əsas diqqəti buna yönəldib
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Son sutka ərzində ən çox döyüş toqquşmaları Pokrovsk istiqamətində qeydə alınıb. Çünki Rusiya burada Donetsk vilayətində gələcək hücum əməliyyatları üçün şərait yaratmağa çalışır.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Andrey Kramarov deyib.
Onun sözlərinə görə, rus qüvvələri Pokrovsk-Mırnoqrad aqlomerasiyasını tam nəzarətə götürməyə daha məqsədyönlü şəkildə çalışırlar:
“Hazırda xəritə baxımından bu əraziyə şərti olaraq sahib olsalar da, Ukrayna qoşunları və mövqeləri o qədər yaxındadır ki, ruslar bu ərazidən səmərəli istifadə edə bilmirlər. Onlar buranı Dobropillya, Belozerske və Novodonetske istiqamətində, həmçinin Donetsk vilayətinin inzibati sərhədinə doğru irəliləmək üçün dayaq məntəqəsinə çevirmək istəyirlər”.
Ekspert bildirib ki, Rusiya hazırda əsas diqqəti Ukrayna qüvvələrini Pokrovsk-Mırnoqrad aqlomerasiyasından mümkün qədər uzaqlaşdırmağa yönəldib.
Eyni zamanda, Konstantinovka bölgəsində rus ordusu fərqli taktika tətbiq edir:
“Hazırda düşmən aktiv şəkildə infiltrasiya əməliyyatları aparmağa çalışır, müdafiə xəttimizdən dörd-beş nəfərlik deyil, artıq bir-iki nəfərlik qruplarla keçməyə cəhd edir. Bununla onlar “boz zona”nı genişləndirmək və əsas nəqliyyat qovşağını tam nəzarətə götürmək istəyirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 İyun 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















