Icma.az
close
up
RU
Çin: Diqqəti Ukraynaya yönəldib Qəzzanı unutmaq olmaz

Çin: Diqqəti Ukraynaya yönəldib Qəzzanı unutmaq olmaz

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Çinin xarici işlər naziri Vanq Yi beynəlxalq ictimaiyyəti Ukrayna böhranını həll etməyə çalışarkən Qəzza zolağındakı vəziyyəti diqqətdə saxlamağa çağırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının çoxtərəfli islahatların həyata keçirilməsi və qlobal idarəetmənin təkmilləşdirilməsi mövzusuna həsr olunmuş yüksək səviyyəli iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Hazırda bütün tərəflər Ukrayna böhranından narahatdır, lakin dünyada təkcə Ukrayna problemi deyil, Qəzza münaqişəsi kimi bir çox başqa qaynar nöqtələr də var ki, bunlar da beynəlxalq ictimaiyyətin diqqətini tələb edir və arxa plana keçməməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytı nazirə istinadən xəbər verir.

Vanq Yi həmçinin vurğulayıb ki, BMT-nin iki dövlətin - Fələstin və İsrailin yaradılması ilə bağlı qətnamə qəbul etməsindən 70 ildən çox vaxt keçib, lakin indiyədək bu qərarın yalnız yarısı həyata keçirilib. “İsrail dövləti çoxdan yaranıb, lakin Fələstin xalqının hələ də öz ölkəsi yoxdur”, - deyə nazir Vanq Yi qeyd edib.

Yanvarın 15-də məlum olub ki, İsrail və HƏMAS Qəzzada saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Üç mərhələni əhatə edən saziş yanvarın 19-dan qüvvəyə minib. Razılaşmalara əsasən, sazişin birinci mərhələsinin icrası 42 gün davam edəcək və bu müddət ərzində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində ən azı 33 israilli girovu azad etməlidir. Artıq 19 girov İsrailə qaytarılıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Fevral 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri