Icma.az
close
up
RU
Rusiya həmişə Ermənistanı münaqişəyə yönəldib

Rusiya həmişə Ermənistanı münaqişəyə yönəldib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Müstəqillik əldə etdikdən sonra üzləşdiyimiz problemlərin bir ucu Kremlə gedib çıxır

Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş SSRİ-nin bir çox müttəfiq respublikalarından fərqli olaraq, böyük problemlərlə üzləşdi. Əslində, bu problemlərin əsası elə SSRİ-nin mövcudluğunun son illərində qoyulmuşdu. Sözsüz ki, bura ilk növbədə 1987-ci ilin sonlarından etibarən Qarabağın dağlıq hissəsində ermənilərin başlatdığı separatçılıq hərəkatı daxildir. Eyni zamanda, 1990-cı ilin yanvarında Bakıya sovet ordusunun yeridilməsi, dinc, günahsız əhalinin qırğına verilməsi nüvəsində Rusiyanın dayandığı qırmızı imperiyanın azadlıq istəyən xalqa qarşı törətdiyi cinayət idi.

Əslində, bu məqalənin əsasını ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra rastlaşdığımız problemlərin kökünün Rusiya ilə bağlı olması təşkil etməli idi. Amma iş əsnasında gördük ki, Rusiyanın Azərbaycana etdiyi pisliklərin, bədxahlıqların kökünün daha əvvəllərə gedib çıxdığını xatırlatmasaq məqaləmiz dolğun alınmayacaq. Odur ki, bu bədxahlıqların 300 il bundan əvvələ gedib çıxdığını qeyd etməliyik. Tarixdən yaxşı məlumdur ki, birinci ümumrusiya imperatoru I Pyotr Rusiyanın Zaqafqaziyada və Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək məqsədilə 1722-ci ilin yayında Xəzəryanı bölgələrə hərbi yürüş edib. Tarixə Rus–Səfəvi müharibəsi (1722–1723) kimi düşən hərbi əməliyyat rusların qələbəsi ilə başa çatıb. Peterburq müqaviləsinə əsasən, Dərbənd, Bakı, Rəşt şəhərləri, Şirvan, Gilan, Mazandaran və Astrabad əyalətləri Rusiyaya verilib. Bu ərazilər 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqaviləsi ilə Səfəvi imperiyasına qaytarılıb. Ancaq Rusiya güclənən, özünə gələn kimi yenidən strateji bölgə olan Cənubi Qafqaza hərbi yürüşlərə başlayıb. 1804–1813-cü illər Birinci Rus–İran müharibəsi, 1826–1828-ci illəri əhatə edən İkinci Rus–İran müharibəsi Azərbaycan torpaqlarının bölüşdürülməsi uğrunda aparılıb. Nəticədə Azərbaycan xanlıqları işğal olunub. Bəzi xanlar, məsələn Gəncə xanı Cavad xan şəhərin işğalı zamanı qətlə yetirilib. O dövrün ən böyük cinayətlərindən biri də İbrahimxəlil xanın qətli idi. 1805-ci ildə Kürəkçay müqaviləsindən bir qədər sonra erməni tərəfi çar Rusiyasının nümayəndələrini inandıra bildi ki, Qarabağ xanı İbrahimxəlil xan, guya, Rusiyaya xəyanət edib. O, Kürəkçay müqaviləsinə riayət etmək istəmir və rus mayoru Dmitri Tixonoviç Lisaneviçin iştirakı və əmri ilə 1806-cı ilin yayında İbrahimxəlil xan başda olmaqla onun ailə üzvləri rus əsgərləri tərəfindən gülləbaran edilib.

1836-cı ildə ermənilərə İrəvan xanlığının ərazisində Erməni vilayəti yaradan da Rusiya olub. Zəngəzur ərazisini ermənilərə vermək, böyük türk dünyasının coğrafi bağlılığını kəsmək də Rusiyanın adı ilə bağlıdır. 1923-cü ildə Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtar vilayət yaratmaq “gecpartlayan mina” idi. Kreml hələ 1960–70-ci illərdə həmin “mina”nı işə sala bilərdi. Lakin belə bir addımın atılması, yəni erməni və Azərbaycan xalqları arasında etnik zəmində qarşıdurma yaratmaq mərkəzin özünün maraqlarına cavab vermirdi. Bu bir faktdır ki, Qarabağda etnik separatizmi alovlandıran Rusiya olub. Kreml erməni separatçılarına hərtərəfli dəstək verib. Xüsusilə, silah dəstəyi Azərbaycan torpaqlarının işğalında əsas rol rol oynayıb. Sovet ordusunun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki hərbi hissələri qanlı olaylarda mühüm qol oynayıblar.

***

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı ən böyük təhlükə, şübhəsiz ki, postsovet məkanında nüfuzunu itirmək istəməyən Rusiyanın siyasi, hərbi və ideoloji təsirindən qaynaqlanıb. 1991-ci ilin oktyabrında müstəqilliyimizi elan etsək də, əslində, Moskvanın bölgədə qurduğu sistem hələ də fəaliyyətini davam etdirirdi. Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonrakı ilk illərdə baş verən faciələr, xüsusilə 20 Yanvar hadisəsi, Qarabağ münaqişəsinin dərinləşməsi, Xocalı soyqırımı və torpaqlarımızın işğalı məhz Rusiyanın geosiyasi maraqları ilə sıx bağlı idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qırğın Moskvanın Azərbaycan xalqının azadlıq iradəsini qırmaq cəhdi idi. SSRİ rəhbərliyi həmin dövrdə Bakıda, guya, ictimai asayişi bərpa etmək adı altında hərbi əməliyyat həyata keçirdi. Əslində, isə məqsəd, milli azadlıq hərəkatını boğmaq, xalqı qorxu altında saxlamaq idi. Rəsmi məlumata görə 147 nəfər qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Bu hadisə həm də sonrakı illərdə Rusiyanın bölgədəki siyasətinə bir nümunə oldu. Yəni Moskva öz təsir dairəsini qorumaq üçün hər cür zorakılığa əl atmağa hazır idi.

Sovet İttifaqının son illərində Qarabağda etnik zəmində gərginliyin yaranması təsadüfi deyildi. Moskva imperiya nəzarətini qorumaq üçün milli ziddiyyətlərdən alət kimi istifadə edirdi. SSRİ rəhbərliyi 1988-ci ildə Ermənistanın separatçı dairələrinin Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinə əngəl olmaq əvəzinə, prosesləri idarə olunan xaosa çevirdi. Ermənilərin kütləvi mitinqlərinə, azərbaycanlılara qarşı zorakılıq hallarına göz yumuldu, hətta bəzi hallarda dəstək verildi. Rusiya rəhbərliyinin məqsədi iki qonşu xalq arasında barışmaz düşmənçilik yaratmaq idi ki, münaqişə dərinləşdikcə Moskva, necə deyərlər, arbit rolunu oynaya bilsin.

1990-cı illərin əvvəlində Qarabağdakı erməni silahlı dəstələri faktiki olaraq Moskvanın hərbi-siyasi himayəsi altında idi. Xocalı soyqırımının baş verdiyi dövrdə artıq SSRİ mövcud deyildi. İmperiya öz varlığına 1991-ci ilin dekabrın 26-da son qoymuşdu. Rusiya onun varisi idi. Onun bütün hüquq və öhdəlikləri Rusiya Federasiyasının tabeliyinə keçmişdi. O cümlədən silahlı qüvvələri. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə törədilib. Mənfur 366-cı alayın Xankəndidə yerləşdirilməsi və onun Xocalı soyqırımındakı iştirakı Kremlin münaqişədə bitərəf olmadığını açıq şəkildə göstərdi. Bir gecədə 613 dinc sakinin qətlə yetirilməsi, qadınların, uşaqların və yaşlıların amansızcasına öldürülməsi təkcə erməni silahlılarının deyil, həm də 366-cı alayın iştirakı ilə həyata keçirilməsi təsdiqləyir ki, Rusiya Ermənistanın hərbi əməliyyatlarına birbaşa dəstək verib. Xocalı faciəsi həm də Moskvanın bölgədə etnik münaqişələri alovlandırmaqla öz təsirini möhkəmləndirmə taktikasının tərkib hissəsi idi.

Rusiya münaqişənin qızışmasını təmin etməklə həm Azərbaycanı, həm də Ermənistanı özündən asılı vəziyyətdə saxladı. Bu siyasət onillərlə davam etdi. Moskva hər iki tərəfə müxtəlif mesajlar verərək real sülh prosesini əngəllədi. Qarabağda etnik ədavətin dərinləşdirilməsi, əslində, Rusiyanın Cənubi Qafqazda hegemon mövqeyini qorumaq üçün ən mühüm vasitələrdən biri idi. 1994-cü ildə atəşkəs imzalandıqdan sonra da Rusiya Qarabağ məsələsinin həllini istəmirdi. Əksinə, münaqişənin dondurulmuş vəziyyətdə qalması Moskvanın maraqlarına uyğun idi. Bu yolla həm Ermənistanı özündən asılı vəziyyətdə saxlayır, həm də Azərbaycana qarşı siyasi təzyiq vasitəsi əldə edirdi. Hər iki ölkənin iqtisadi, enerji və təhlükəsizlik məsələlərində Rusiyaya möhtac olması Kremlin bölgədə hegemon rolunu qorumasına xidmət edirdi. Bu mənada torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması həm də Moskvanın geosiyasi strategiyasının nəticəsi idi.

1990-cı illərin sonlarından etibarən Rusiya ilə Ermənistan arasında imzalanan hərbi əməkdaşlıq sazişləri nəticəsində İrəvan KTMT çərçivəsində müttəfiq statusu qazandı. Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası isə faktiki olaraq Azərbaycana daim təzyiq elementi kimi istifadə edildi. Bu bazadan və Rusiyanın verdiyi müasir silahlardan istifadə edərək Ermənistan işğal etdiyi ərazilərdə hərbi infrastruktur qurdu. Bütün bu faktlar göstərir ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı ən ağır problemlərin kökündə məhz Rusiyanın bölgədəki imperialist maraqları dayanıb. Moskva həm birbaşa hərbi-siyasi müdaxilələrlə, həm də Ermənistanı himayə etməklə ölkəmizin təhlükəsizliyinə və ərazi bütövlüyünə uzun illər ciddi zərbə vurub.

İlyas HÜSEYNOV,
politoloq

– Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı strateji təhlükələrin əksəriyyəti Rusiyanın bölgədəki siyasəti ilə birbaşa bağlı olub. 20 Yanvar faciəsi, Qarabağ münaqişəsinin alovlanması, Xocalı soyqırımı və torpaqlarımızın işğalı Kremlin həm sovet dövründə, həm də sonrakı mərhələdə Cənubi Qafqazda təsirini qoruma planının nəticəsi idi. Rusiya Ermənistanı hərbi-siyasi cəhətdən dəstəkləyərək, onu müasir silahlarla təchiz etməklə yanaşı, münaqişəni dondurulmuş vəziyyətdə saxladı ki, həm Bakı, həm də İrəvan üzərində təsir imkanlarını itirməsin. Nəticədə 30 ilə yaxın davam edən işğal status-kvosu Moskvanın geosiyasi aləti rolunu oynadı. Bu tarixi təcrübə göstərir ki, Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün müstəqil siyasət, balanslı diplomatiya və güclü hərbi potensial əsas şərtlərdir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see299

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see266

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see263

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see262

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see252

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see250

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see246

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see245

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see243

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see227

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see221

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see220

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see209

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see206

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see206

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see205

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see202

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see188

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see186

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri