Rusiya HDQ nin Baş Komandanının müavini general mayor Mixail Qudkov və onun silahdaşı Nəriman Şıxəliyev Kursk vilayətində öldürülüb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanının müavini, 155-ci Ayrı Qvardiya Dəniz Piyadaları Briqadasının keçmiş komandiri general-mayor Mixail Qudkov Kursk vilayətində öldürülüb. Bu barədə Primorsk diyarının qubernatoru Oleq Kojemyako Telegram kanalında məlumat verib.
Qubernator Kojemyako qeyd edib: "Mixail Evgenieviç özünü donanmada xidmətdən kənarda təsəvvür edə bilməyən əsl döyüşçü idi".
Generalla birlikdə onun silahdaşı Nəriman Şıxəliyev də həlak olub. Hər iki zabit əvvəllər Sakit Okean Donanmasının 155-ci Ayrı Qvardiya Dəniz Piyadaları Briqadasında xidmət ediblər.

Ukraynanın Teleqram kanalları və nəşrləri (xüsusən də “RBK-Ukrayna”) Qudkovun öldürüldüyünü, onun ölüm xəbərini isə bir gün əvvəl rus təbliğatçıları tərəfindən yayıldığını yazır. Bəzi Telegram kanallarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin sərhədə yaxın Korenevo bölgəsində komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində Qudkov digər 10 zabitlə birlikdə həlak olub, lakin nə vaxt məlum deyil.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















