Icma.az
close
up
RU
Azərbaycan 2026 cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək SİYAHI

Azərbaycan 2026 cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək SİYAHI

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.

Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.

Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və "yaşıl enerji" layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. Tədbir çərçivəsində ITFC-nin 22-ci Baş Assambleyası, ICIEC-in 33-cü illik iclası, ICD-nin 26-cı illik iclası və ISFD-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq.

Aprel ayında BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası da Bakıda baş tutacaq.

Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədbirdə regional iqtisadi əməkdaşlıq, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dayanıqlı inkişaf strategiyaları müzakirə olunacaq.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək.

Bundan əlavə, dünya ölkələrinin maliyyə kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da 2026-cı ildə Bakı şəhərində təşkil olunacaq.

Gələn il, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

2026-cı ildə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda regional və qlobal çağırışlar müzakirə ediləcək.

Nazir konqres iştirakçılarını gələn il Bakıda keçiriləcək foruma dəvət edib.

2026-cı il Azərbaycan üçün idman baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Azərbaycan onuncu dəfə "Formula 1" Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu mərhələ 24–26 sentyabr tarixlərinə planlaşdırılıb.

Eləcə də, Bakıda Cüdo üzrə dünya çempionatı yeddi ildən sonra ikinci dəfə keçiriləcək. Mundial 4–11 oktyabr tarixlərində baş tutacaq və dünyanın ən güclü cüdoçuları bu yarışda mübarizə aparacaq.

Bundan başqa, Azərbaycan qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Turnir 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək, ümumilikdə Avropanın 24 ən güclü komandası iştirak edəcək, onlardan 6-sı oyunlarını məhz Bakıda keçirəcək.

1–10 sentyabr tarixlərində isə Bakıda Sumo üzrə dünya çempionatı təşkil olunacaq.

Eyni zamanda Bakının SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcəyi də elan olunacaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Tədbirlər çərçivəsində beynəlxalq elmi konfranslar, akademik forumlar və tematik sərgilərin təşkili nəzərdə tutulur.

Bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun göstəricisidir. 2026-cı il Azərbaycan üçün beynəlxalq etimadın, inteqrasiyanın və yeni əməkdaşlıq imkanlarının möhkəmləndiyi mühüm bir mərhələ kimi tarixə düşəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri