Icma.az
close
up
RU
Rusiya həmişə belə iyrənc metodlara əl atıb Ekspert

Rusiya həmişə belə iyrənc metodlara əl atıb Ekspert

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu, Rusiyanın ənənəvi diskriminasiya siyasətinin tərkib hissəsidir. Rusiya həmişə digər xalqlara qarşı dözümsüzlük nümayiş etdirib, şovinizm prinsipləri ilə yanaşıb. Öz siyasəti hədəflərinə çatmaq üçün bu cür qeyri-adekvat, iyrənc metodlara əl atıb. Hesab edirəm ki, son hadisə də bu prosesin bir hissəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O bildirib ki, Rusiya ənənəvi siyasətindən əl çəkmir və hazırda Rusiyada şovinizm getdikcə daha da dərin kök atır. Digər millətlərin nümayəndələrinə qarşı biz qeyri-qanuni, aqressiv münasibət sərgiləndiyinin şahidi oluruq:

“Son zamanlar Rusiyanın Ermənistanda da aktivləşməsi müşahidə olunur. Burada da ənənəvi üsullardan istifadə olunur – müharibə cinayətkarlarının yenidən siyasi həyata qayıtması və hökumətin devrilməsi prosesində iştirak etməsi.
Rusiya Ukrayna savaşında düşdüyü bataqlığa görə müxtəlif ölkələrə, hətta tərəfdaşlığı olan ölkələrə qarşı aqressiv siyasət yürütməyə çalışır. Rusiyada yaşayan digər xalqların qanunsuz olaraq cəbhəyə aparılması onu deməyə əsas verir ki, Rusiya artıq Ukraynada ciddi problemlərlə üzləşib və problemlər getdikcə daha da dərinləşir”.
Ekspert qeyd edib ki, biz Rusiyanın Azərbaycana münasibətdə də tərəfdaşlıq əlaqələrinə adekvat olmayan yanaşmasına şahid oluruq:
“Xüsusən AZAL-ın təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulandan sonra Azərbaycanın tələbləri tamamilə qanuni və ədalətli idi, lakin Rusiya tərəfindən prosesin bilərəkdən gecikdirildiyini gördük.
Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanın indiyə qədər sərgilədiyi siyasətdə heç bir dəyişiklik yoxdur. Şovinizm və islamofob meyillər davam edir, eyni zamanda dövlətlərarası münasibətlər sisteminə və beynəlxalq hüquqa zidd olan addımlar atılır. Bundan sonrakı dönəmdə də Rusiyanın istər daxilində bu problemlərin dərinləşdiyini müşahidə edəcəyik, istər bölgə dövlətlərinə qarşı sərt ritorikasını görəcəyik. Təbii ki, bütün bunlar Rusiyanın özünə zərər verir. Çünki hazırda Rusiya elə bir vəziyyətdədir ki, ilk növbədə tərəfdaş ölkələrin etimadını qazanmalıdır, gələcəkdə təklənməməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyun 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri