Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Sülh prosesində dərsliklərə əl gəzdirilməlidir EKSPERT

Sülh prosesində dərsliklərə əl gəzdirilməlidir EKSPERT

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kamran Əsədov: "Əgər Azərbaycan dərsliklərindən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı faktlar silinərsə, bu, tarixi yaddaşın zəifləməsinə gətirib çıxarar" 


“Sülh dövründə dərsliklərdə nifrət ritorikasının azaldılması, xalqlar arasında düşmənçilik ruhunun zəiflədilməsi mümkündür”


"Azərbaycanla Ermənistan arasında sülh mətni artıq paraflanıb. Tərəflər bundan sonra sülhə xələl gətirəcək bütün addımlardan uzaq durmalıdırlar. Bu, dərsliklər, ədəbiyyat və digər təbliğat vasitələrində əksini tapmalıdır". Bu sözləri Teleqraf-a Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov deyib. O hesab edir ki, sülh sənədi paraflandığına görə bu məsələdə hər iki tərəfin üzərinə müəyyən öhdəlik düşür: “Bundan sonra tərəflərdən biri o birisi haqqında mənfi fikirlər səsləndirməyəcək.

Uzun müddət Azərbaycana qarşı erməni cəmiyyətində aparılan anti-təbliğata son qoyulmalıdır. Mən Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində tarixi torpaqlarımızda böyümüşəm, orada orta məktəbə getmişəm. O dövr biz oxuduğumuz məktəblərdəki kitabların hamısı Azərbaycan dilində idi. Ona görə də həmin dövrlərdə Azərbaycan haqqında Ermənistanın məktəb dərsliklərində hansısa fikirlərin olduğuna rast gəlməmişəm”. Misir Mərdanov məktəbi bitirdikdən sonrakı dövrdə Azərbaycan və Türkiyə haqqında hansısa əks-təbliğat materiallarının Ermənistandakı dərsliklərdə yer aldığını eşitdiyini deyib: “Erməni dilini bilmədiyimə görə həmin vəsaitlərdə nələrin yazıldığını öyrənə bilmədim. Amma bu dövr artıq arxada qalır. İndi Cənubi Qafqaza sülh gəlir. Azərbaycan xalqı və Türkiyə haqqında olan bütün iddialardan ermənilərin imtina etməkdən başqa çıxış yolu yoxdur”. 

İki dövlət arasında sülh müqaviləsi mətninin razılaşdırılaraq təsdiqlənməsi yeni bir mərhələnin başlanğıcıdır. Bu başlanğıc necə olmalıdır? İmzalanacaq sülhə xələl gəlməsin deyə, məsələn, orta məktəb dərsliklərində Ermənistanın Azərbaycana hərbi təcavüzü, ərazilərimizin 30 ilə yaxın müddətdə işğal altında saxlanması, şəhidlərimiz, qazilərimiz, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanlarımız, birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, separatizm, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə - Vətənimizin 30 illik tarixi necə keçiləcək və ya necə keçilməlidir? Ermənilərin qisascıl, sırf etnik mənsubiyyətə görə millətlərə, xalqlara ayrı-seçkilik qoymaq xüsusiyyəti, uşaqlarını, gənclərini türk millətinə qarşı nifrət hissi ilə tərbiyə etmələrinin aradan qalxacağına inanmalıyıqmı? 


Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanması region üçün həqiqətən də yeni mərhələnin başlanğıcı sayıla bilər. Amma sülhün kağız üzərində deyil, cəmiyyətlərin düşüncəsində və gündəlik həyatında formalaşması üçün ən mühüm vasitələrdən biri təhsil və dərsliklərdir. Çünki məhz məktəblərdə uşaqlara ötürülən bilik, dəyərlər və təsəvvürlər gələcək nəsillərin düşüncə tərzini formalaşdırır: 


- Bu gün Azərbaycanda dərsliklərdə müharibə və işğal mövzuları geniş yer tutur, çünki ölkə 30 ildən artıq işğal və münaqişə ilə üz-üzə qalıb. Ancaq sülh prosesi yeni reallıqlar yaradacaqsa, bu reallıqların dərsliklərdə necə əks olunacağı məsələsi həm pedaqoji, həm hüquqi, həm də siyasi baxımdan müzakirə olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər kəsin təhsil almaq hüququ vardır və təhsil milli-mənəvi dəyərlər üzərində qurulmalıdır. “Təhsil haqqında” Qanunun 5.2-ci maddəsində də vurğulanır ki, təhsil sistemi cəmiyyətin sosial-iqtisadi və mədəni tələblərinə uyğunlaşdırılmalıdır. Buradan aydın olur ki, dərsliklər yalnız faktları ötürmək deyil, həm də milli kimliyi, tarixi yaddaşı qorumaq və gənc nəslə düzgün dəyərlər aşılamaq missiyasını daşıyır. Əgər dərsliklərdə Ermənistanın işğal faktları, Qarabağ müharibəsinin nəticələri və xalqımızın yaşadığı faciələr çıxarılarsa, bu, bir tərəfdən tarixi saxtalaşdırmaq, digər tərəfdən isə kollektiv yaddaşın zəifləməsinə gətirib çıxarar. Tarixi unutmaq gələcəkdə eyni səhvlərin təkrarlanması riskini artırar.


K.Əsədov məsələnin müsbət və mənfi tərəflərini izah etdi: 

- Müsbət tərəfi ondan ibarət ola bilər ki, sülh dövründə dərsliklərdə nifrət ritorikasının azaldılması, xalqlar arasında düşmənçilik ruhunun zəiflədilməsi mümkündür. Bu, pedaqoji baxımdan da doğrudur, çünki uşaqlar nifrətlə deyil, obyektiv tarixi biliklərlə böyüməlidirlər. Dünya təcrübəsində bunun uğurlu nümunələri var. Məsələn, Fransa və Almaniya uzunmüddətli müharibələrdən sonra birgə tarix dərsliyi hazırladı, burada hər iki tərəf öz baxışlarını balanslaşdırılmış formada təqdim etdi. Bu addım həm sülhü möhkəmləndirdi, həm də gələcək nəsillərin bir-birinə düşmən yox, tərəfdaş kimi baxmasına səbəb oldu. Lakin eyni zamanda Yaponiyada İkinci Dünya müharibəsi ilə bağlı dərsliklərin məzmunu üzərində uzun illərdir mübahisələr gedir, çünki işğal və təcavüz faktlarının azaldılması qonşu ölkələrdə etiraz doğurur. Bu, göstərir ki, tarixi faktları çıxarmaq yox, onları obyektiv və balanslı təqdim etmək lazımdır. Mənfi tərəfi isə ondan ibarət ola bilər ki, əgər Azərbaycan dərsliklərindən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı faktlar silinərsə, bu, tarixi yaddaşın zəifləməsinə gətirib çıxarar və gələcək nəsil öz xalqının yaşadığı gerçəkliklərdən xəbərsiz böyüyər. Üstəlik, Ermənistan cəmiyyətində uzun illərdir Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparılıb, dərsliklərdə qərəzli məlumatlar yer alıb. Bu gün sülh prosesi başlasa da, həmin təbliğatın təsirlərini birdən-birə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycan gəncləri tarixi obyektiv faktlarla bilməli, amma nifrət deyil, ədalətli yanaşma ruhunda tərbiyə olunmalıdır.


Ekspert qeyd etdi ki, bu məsələnin kütləvi təsir gücünə malik olduğunu statistik göstəricilər də təsdiq edir: 

- Hazırda Azərbaycanda orta məktəblərdə 1,5 milyondan çox şagird təhsil alır. Onların hamısı dərsliklərdən bilik əldə edir və həmin biliklər onların dünyagörüşünü formalaşdırır. Yəni dərsliklərdə ediləcək hər bir dəyişiklik gələcək nəsillərin düşüncəsinə birbaşa təsir göstərəcək. Əgər dərsliklərdə obyektiv tarixi faktlar qorunub saxlanılmasa, bu, bir nəsil sonra Azərbaycanın tarixi yaddaşının silinməsi ilə nəticələnə bilər. Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir aydın strategiya ortaya qoymayıb. Nazirliyin dərslik siyasəti illərdir tənqid olunur – proqramlar mütəmadi dəyişdirilsə də, dərsliklərdə həm elmi qüsurlar, həm də pedaqoji uyğunsuzluqlar qalmaqdadır. İndi sülh kontekstində dərsliklərin necə dəyişəcəyi ilə bağlı nə plan açıqlanıb, nə də ictimai müzakirə aparılıb. Nazirlik nə maarifləndirmə işi görür, nə də gələcək dərslik konsepsiyası ilə bağlı proqnoz verir. Bu isə göstərir ki, dövlətin əlində hazırda bu mühüm məsələ ilə bağlı nə planı, nə də iradəsi var. 


“Dünya təcrübəsi ilə müqayisə etdikdə, aydın görünür ki, Azərbaycan tarixi faktları qoruyaraq, amma nifrəti çıxararaq dərslikləri yeniləməlidir. Əgər Fransa və Almaniya kimi düşmən ölkələr obyektiv yanaşma ilə birgə dərslik hazırlaya bildilərsə, Azərbaycan da Ermənistana qarşı işğal faktlarını obyektiv yazmalı, amma nifrət ritorikasına yer verməməlidir. Yalnız bu halda həm tarixi yaddaş qorunar, həm də sülh mədəniyyəti formalaşa bilər”, söyləyən K.Əsədov bildirdi ki, nəticə etibarilə yeni dərsliklərdə sülh kontekstinin əks olunacağı ehtimalı böyükdür: 

-  Dəyişməli olan isə dərsliklərin məzmunu deyil, onların təqdimat formasıdır. Tarixi faktlar mütləq qalmalıdır – Qarabağ müharibəsi, işğal, qaçqınların taleyi, şəhidlərin xatirəsi tariximizin bir parçasıdır. Amma bu faktlar gələcək nəsillərə qisasçılıq yox, ədalət və obyektivlik ruhunda təqdim olunmalıdır. Əks halda, həm tarixi unudacağıq, həm də gəncləri çaşqınlıq içində böyüdəcəyik. Elm və Təhsil Nazirliyi isə bu istiqamətdə ciddi iş aparmır, marifləndirmə işi görmür, planları və proqnozları yoxdur. Bu, gələcək nəsillərin həm tarixi biliklərinə, həm də vətəndaşlıq şüuruna ağır zərbə vurur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 05:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see528

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see351

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see269

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see265

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see264

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see252

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see242

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see226

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see222

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see220

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see218

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see214

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see213

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see204

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see204

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see203

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see200

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see195

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri