Icma.az
close
up
RU
İkinci əl maşın bazarında canlanma olacaq Ekspert

İkinci əl maşın bazarında canlanma olacaq Ekspert

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. Müddət 2026-cı ilin yanvarın 1-dək nəzərdə tutulub. Həmin müddətin uzadılıb-uzadılmayacağına dair dəqiq məlumat isə hələlik yoxdur.

Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, hibrid avtomobillərin dövrü tədricən başa çatsa da, elektrikli avtomobillərin inkişafının davam edəcəyi gözlənilir.

“Azərbaycanda 2030-cu ilə qədər Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlərin 5-ci maddəsi - “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu istiqamətdə artıq ciddi addımlar atılıb. Elektrikli avtomobillər üçün yeni infrastruktur qurulub: istər “Azərişıq” ASC, istərsə də 10-dan çox özəl şirkət tərəfindən elektrik doldurma məntəqələri istifadəyə verilib”.

O həmçinin bildirib ki, belə bir şəraitdə, şəxsi proqnozuna əsaslanaraq deyə bilər ki, elektrikli avtomobillərin dövrünün sona çatacağına inanmır:

“Əksinə, bu istiqamətdə inkişaf davam edəcək. Hibrid avtomobillərin bazardan çəkilməsi isə qısamüddətli dövrdə daxili yanma mühərrikli yeni avtomobillərə olan marağı bir qədər artıra bilər”.

Həmsöhbətimiz onu da əlavə edib ki, ikinci əl bazarında da müəyyən canlanma müşahidə oluna bilər:

“Bununla yanaşı, avtomobil parkının yenilənməsi istiqamətində aparılan işlər davam etdirilir. Köhnə avtomobillərin utilizasiyası, vətəndaşların artıq köhnə nəqliyyat vasitələrindən imtina etməsi bu prosesi sürətləndirir”.

E.Əliyev bu cür təşəbbüslərin daha da genişlənəcəyinə ümidləndiyini də vurğulayıb:

Mən ümid edirəm ki, qərardan asılı olmayaraq avtomobil parkının yenilınməsi istiqamətində gedən işlər dayanmayacaq. Bunu əminliklə deyə bilərəm ki, istənilən halda avtomobil parkımızın yenilənməsi istiqamətində addımlar atılır. İstər elektrikli, istər hibrid, istərsə də daxili yanma mühərrikli avtomobillər olsun – əsas odur ki, ölkəmizin avtomobil parkı müasir tələblərə cavab verəcək şəkildə yenilənməkdə davam edir”,- deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri