“Rusiya hər zaman etdiyi əməlin məsuliyyətindən yayınmağa çalışıb”
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiya hər zaman etdiyi əməlin məsuliyyətindən yayınmağa çalışıb, öz səhvini etiraf etməmək üçün hər vasitəyə əl atıb”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşnas Qulamhüseyn Əlibəyli bildiirb. Hüquqşünas qeyd edib ki, Rusiya səmasında vurulan AZAL təyyarəsi ilə bağlı Moskvanın ortaya qoyduğu mövqe bunu bir daha sübut edir:
“25 dekabr 2024-cü ildə AZAL-a məxsus təyyarə Rusiya səmasında vurulandan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi endi. Nəticədə, pilotlar və eləcə də sərniinlərin bir hissəsi həlak oldu, xeyli sayda adam yaralandı.
Təyyarənin vurulması ilə bağlı ortada çoxlu sayda inkaredilməz faktların mövcud olmasına baxmayaraq, Rusiya uzun müddət bu məsələ haqqında susdu. Baş verənlərə görə məsulyyəti öz üzərinə götürmək istəmədi. Əksinə, təyyarənin digər səbəblərdən qəzaya uğraması ilə bağlı ortaya yanlış iddialar atdı. Nəhayət, Azərbaycanla Rusiya Prezidentlərinin 9 oktyabr 2025-ci il tarixində Düşənbə görüşü zamanı Putin təyyarənin vurulması ilə bağlı müəyyən etiraflar səsləndirdi, zərərçəkənlərə kompensasiyanın veriləcəyi, günahkarların cəzalandırılacağını bildirdi. Lakin hələ ki, ortada bununla bağlı əməli bir addım yoxdur. Bütün bunlar bir daha sübut edir ki, Rusiyaya bu kimi məsələlərdə etibar etmək, güvənmək olmaz”.
S.Əliyev
Baxış sayı:45
Bu xəbər 28 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















