Icma.az
close
up
RU
Rusiya hər zaman postsovet məkanında geosiyasi rekonstruksiyaya qarşı sərt mövqe sərgiləyib ŞƏRH

Rusiya hər zaman postsovet məkanında geosiyasi rekonstruksiyaya qarşı sərt mövqe sərgiləyib ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Rusiya hər zaman postsovet məkanına öz arxa bağçası olaraq baxıb və bu məkanda yaşanan geosiyasi rekonstruksiyaya qarşı sərt mövqe sərgiləyib. Vətən müharibəsindən bəri Azərbaycanın başlatdığı hadisələr Rusiyanın əleyhinə dönməyə başladı. Birincisi, Rusiya Azərbaycanın suverenliyini bərpa etməsinə paralel olaraq Cənubi Qafqazda təsir imkanlarını itirdi. İkincisi, Azərbaycanın Şuşa Bəyannaməsi ilə strateji tərəfdaşına və hərbi ittifaq ortağına çevrilən qardaş ölkə Türkiyəyə nəinki Cənubi Qafqazda, həm də Yaxın Şərqdə məğlub oldu. Belə ki, Suriyada Türkiyə yönümlü qüvvələr hakimiyyəti ələ alarkən Rusiya hərbi bazalarını oradan çıxarmalı oldu. Üçüncüsü, Azərbaycanın və Türkiyənin görünməz dəstəyi (sülh istiqamətində atılan addımlar və çağırışlar) sayəsində Nikol Paşinyan Ermənistanda hakimiyyətini qoruyub saxlamaqdadır. Yoxsa ki, 42 kilometrlik Zəngəzur dəhlizini açmaq hərbi baxımdan hazırkı şəraitdə heç də çətin olmazdı. Ermənistanın Rusiya meyilli qüvvələri, – keçmiş prezidentlər, onları dəstəkləyən diaspor nümayəndələri, xüsusilə Rusiyadakı oliqarxlar və erməni kilsəsi, – gedərək zərərsizləşdirilməkdədir və bu proses, ümumi olaraq regionda sabitliyin və sülhün bərqərar olmasına hesablansa da, Rusiyanı təbii olaraq, narahat edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, Rusiya yaxın dövrdə Ermənistanda da hərbi mövcudiyyətini itirmək təhlükəsini hiss edir. Gürcüstandakı proseslər isə daha əvvəldən başlamışdı. Lakin gürcülərin bu qədər dayanıqlı mövqe sərgiləməsində Azərbaycanın dəstəyi mühüm rol oynayıb. Xüsusilə Gürcüstanın enerji asılılığından qurtulması bu prosesdə həlledici amil olub. Azərbaycan ənənəvi qlobal enerji və nəqliyyat dəhlizlərinə alternativlər təqdim etməklə və yeni marşrutlar formalaşdırmaqla Rusiyanın regional və qlobal təsir imkanlarının zəifləməsinə töhfə verir. Bütün bu proseslərin fonunda Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artması isə artıq açıq şəkildə müşahidə olunur.

“Ötən 6 ay ərzində Azərbaycana qarşı Rusiyanın qərəzli mövqeyi daha da artıb. Xüsusilə dövlət rəsmiləri səviyyəsində səsləndirilən qərəzli açıqlamalar, azərbaycanlılara qarşı təhdid və təhqirlər, bu günlərdə Ümumrusiya səviyyəsində anti-Azərbaycan isteriyasının pik həddə çatması ilə müşayiət olunmaqdadır. 20-25 il öncə baş verdiyi iddia olunan cinayət hadisəsinə görə Rusiyadakı azərbaycanlıların vəhşicəsinə qətlə yetirilmələri və işgəncələrə məruz qalmaları, sadəcə olaraq strateji zamanlama nəticəsində bu günlərə “təsadüf edib”. Buna cavab olaraq Azərbaycan XİN-in etirazı, Rusiya ilə əlaqədar mədəni tədbirlərin ləğvi Rusiyada kəskin reaksiya doğurub. Onlar münasibətləri bərpa etməyə deyil, Azərbaycan diasporu adından saxta paylaşımlar etməyə üstünlük verirlər. Ötən il Yekaterinburqdakı diaspor təşkilatlarımız arasında yaşanan gərginlik – parçalanma meyilləri, bəlkə də, Rusiya xüsusi xidmət orqanları tərəfindən düşünülüb hazırlanmış əməliyyatın tərkib hissəsi idi?! İmperiyalar adətən “parçala və hökm sür” prinsipini üstün tuturlar”, - deyə Ş.Cəlilzadə vurğulayıb.

Onun sözlərinə görə, Rusiya AZAL təyyarəsi ilə bağlı Azərbaycanın haqlı etirazlarına qarşı çıxaraq, guya Azərbaycanın da vaxtilə Rusiya helikopterini vurduğunu, nəticədə beş rus “sülhməramlısının” həlak olduğunu və buna “sakit və dözümlü” yanaşdıqlarını iddia edir. Bu arqumentlə Moskva Azərbaycandan da Rusiyaya qarşı təzyiqləri dayandırmağı tələb edir. Lakin bu müqayisə əsassızdır. Çünki həmin vaxt vurulan Rusiya helikopteri döyüş bölgəsində, erməni hərbçilərinə yardım edərkən zərərsizləşdirilmişdi. Halbuki, son hadisədə AZAL-ın sırf mülki sərnişin təyyarəsi hədəfə alınıb. Üstəlik, Azərbaycan o vaxt baş verən insidentə görə rəsmi üzr istəmişdi. Rusiya isə nə o hadisəyə, nə də indiki təxribatlara görə məsuliyyət hiss etmir və hətta vəziyyəti daha da gərginləşdirən davranış nümayiş etdirir.

“Hazırda açıq şəkildə görünür ki, Rusiya Azərbaycana qarşı diaspor və miqrant təzyiqi alətlərini işə salmağa çalışır. Sosial şəbəkələrdə Rusiyada yaşayan azərbaycanlıların deportasiyası, vətəndaşlıqdan çıxarılması, hətta bəzi ifrat dairələr tərəfindən Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” keçirilməsi çağırışları edilir. Lakin bu istiqamətdə də uğur qazana bilməyəcəkləri aydındır. Çünki ölkəmizdə Qarabağda, Şərqi Zəngəzurda və gələcəkdə Qərbi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu isə Rusiyada çalışan hər bir azərbaycanlı üçün doğma Vətənində iş və biznes imkanları yaradacaq.

Azərbaycan bu mövqeyi ilə Rusiyanın imperiya ənənələrinə, xalqımıza qarşı əsrlər boyu həyata keçirdiyi işğal, deportasiya, repressiya və soyqırımı siyasətinə açıq meydan oxuyur. Bu meydan oxuma təkcə ölkəmizin deyil, bütün regionun taleyində dönüş yaradacaq və Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə dünyaya yeni qapılar açması ilə nəticələnəcək”, - deyə STM-in baş məsləhətçisi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri