Icma.az
close
up
RU
Pakistan dövləti Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman qətiyyətli mövqe sərgiləyib

Pakistan dövləti Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman qətiyyətli mövqe sərgiləyib

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin həm bu ölkədəki səfirimiz vasitəsilə, həm də mayın 15-də birbaşa Prezident İlham Əliyevə zəng edərək, Hindistanın onun ölkəsinə qarşı hərbi hücumları zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə etməsi qədirbilənliyin və ölkəmizə, dövlət başçımıza qarşı hörmət və ehtiramın göstəricisidir. Dost və qardaş Pakistanın lideri mayın 7-10-da Hindistanın hücumları nəticəsində yaranmış böhran zamanı Azərbaycanın dəstəyinin ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi olduğunu bildirib.
Öz növbəsində Prezident İlham Əliyev də regionda atəşkəsin təmin olunduğunu yaxşı hal kimi qiymətləndirib və Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb. Bəli, dəstək və həmrəylik mövqeyimiz bundan sonra da davam edəcək. Bunu bizdən həm xalqlarımızın tarixi dostluq və qardaşlığı, həm də iki ölkə arasındakı müttəfiqlik münasibətləri tələb edir. Azərbaycan dostluq və müttəfiqlik öhdəliklərinə həmişə sadiqdir. Biz dostlarımızı çətin məqamlarda tək qoymuruq. Azərbaycan bütün məsələlərdə və o cümlədən Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Azərbaycan Prezidenti də Pakistanla dostluq və müttəfiqliyə xüsusi önəm verir.
Eyni sözləri Pakistanın rəhbərliyi və sadə pakistanlılar haqqında da deyə bilərik. Pakistan dövləti Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman qətiyyətli mövqe sərgiləyib. Onu da qeyd etməliyik ki, Pakistan Ermənistanın Azərbaycana qarşı işğalçı mövqeyinə görə bu ölkəni tanımayan ölkədir. Bu cür prinsipial mövqe Pakistan tərəfindən qardaşlığın əsl nümayişidir. Azərbaycan kritik məqamlarda hər zaman Pakistanın yanında olduğu kimi, Pakistan da həmişə bizim yanımızdadır. Həmçinin, 44 günlük İkinci Qarabağ müharibəsi başlayanda da Pakistan Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təxribatı ilə bağlı bəyanat verərək haqq işimizi tam dəstəkləyib. Türkiyə ilə bərabər, Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq. Biz dost və qardaş Pakistan xalqına sülh və tərəqqi arzulayırıq. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətləri isə bundan sonra daha da genişlənəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see226

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see171

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see168

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see159

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see142

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see135

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see134

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri