Rusiya hərbi əsirlərdən ibarət batalyon yaradır Əsir ukraynalılar “top əti” kimi istifadə olunacaq
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya hakimiyyət orqanları ukraynalı hərbi əsirlərdən ibarət ayrıca batalyon yaradır.
“AzPolitika” xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.
Əldə olan məlumata görə, əsirlər hədə-qorxu və ölümlə təhdid edilərək batalyona qoşulmağa məcbur edilir. İşğalçılar bu yolla ukraynalı əsgərlərin guya könüllü olaraq işğalçı tərəfə keçmələrinin “təbliğat mənzərəsini” yaratmağı planlaşdırır.
Ukraynalı əsirlərin “top əti” kimi istifadə edilməklə cəbhənin ən təhlükəli bölgələrinə göndərilməsi planlaşdırılır.
Müharibə əsirlərinin döyüşdə onların iradəsi əleyhinə istifadə edilməsi Cenevrə Konvensiyalarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Ukrayna tərəfi hələlik bu xəbərləri rəsmi şəkildə şərh etməyib, lakin əvvəllər dəfələrlə dünya ictimaiyyətini Rusiyanın hərbi cinayətlərini qeydə almağa çağırıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















