Rusiya ilə İran arasında milyon dollarlıq razılaşma
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran Rusiya ilə müasir daşınan zenit-raket komplekslərinin alınması barədə 500 milyon avro (təxminən 589 milyon dollar) dəyərində gizli saziş bağlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Bildirilir ki, sənəd ötən ilin dekabrında Moskvada imzalanıb. Razılaşmaya əsasən, Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” tipli daşınan buraxılış qurğusu və 2 500 ədəd “9M336” raketi tədarük etməyi öhdəsinə götürüb. Tədarüklərin 2027–2029-cu illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Nəşrin yazdığına görə, müqavilə Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexport ilə İran Silahlı Qüvvələrinin Müdafiə Nazirliyi və Maddi-Texniki Təminat İdarəsinin nümayəndəsi arasında imzalanıb. Sənədlərdən məlum olur ki, Tehran bu sistemlərin alınması ilə bağlı rəsmi müraciəti ötən ilin iyulunda edib.
Qəzet həmçinin xatırladıb ki, ötən ilin iyun ayında ABŞ qüvvələri İranın üç əsas nüvə obyektinə zərbələr endirmişdi.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 Fevral 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















