Icma.az
close
up
RU
Peskov: Rusiya ilə İran arasında razılaşma üçüncü ölkələrin maraqlarına qarşı deyil

Peskov: Rusiya ilə İran arasında razılaşma üçüncü ölkələrin maraqlarına qarşı deyil

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi hər iki ölkənin istəklərinə cavab verir və digər dövlətlərin maraqlarına qarşı yönəlməyib.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Sözügedən saziş iki dost, qonşu dövlətin - Rusiya və İranın xalqlarının istəklərinə cavab verəcək, qarşılıqlı əlaqəsi heç kimin maraqlarına zidd deyil", - deyə Peskov İranın İRNA xəbər agentliyinə verdiyi şərhdə bildirib.

Peskov Rusiya lideri Vladimir Putinin “Rusiya heç vaxt kiməsə qarşı kiminləsə dostluq etmir” sözlərini xatırladıb.

Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin Rusiya Federasiyası ilə İran arasında əlaqələrin inkişafında ən mühüm mərhələyə çevrilməsi nəzərdə tutulur. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir və Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrində, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələrində yeni imkanlar yaradacaq.

Dövlətlər Rusiya və İran arasında 2001-ci il Münasibətlərin Əsasları və Əməkdaşlıq Prinsipləri haqqında Müqavilənin müddəalarını rəhbər tuturlar. Müqavilə 10 il müddətinə imzalanıb və avtomatik olaraq sonrakı beş illik dövrlərə uzadılıb. İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali yeni Rusiya-İran müqaviləsinin 20 il müddətinə bağlanacağını açıqlayıb.

Yanvarın 14-də Peskov Rusiya və İran arasında sazişin yanvarın 17-də prezidentlərin danışıqlarından sonra imzalanacağını bəyan edib. Kreml nümayəndəsinin sözlərinə görə, Moskva sənədin imzalanmasına böyük əhəmiyyət verir. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, müqavilə müdafiə ittifaqının yaradılmasını nəzərdə tutmur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri