Rusiya ilə Ukrayna arasında məsələlərin böyük hissəsi artıq həllini tapıb AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Məlum olduğu kimi, Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar aparılıb.
Bəs bu danışıqların sonu sülhlə nəticələnə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama danışan politoloq Rizvan Hüseynov bildirdi ki, danışıqlar həqiqətən də prinsipial mərhələyə keçib və faktiki olaraq Amerika Birləşmiş Ştatları Prezidentinin dəstəyi ilə Əbu-Dabidə keçirilən birbaşa görüşlər fayda verir:
"Bu, eyni zamanda onu göstərir ki, ənənəvi olaraq Qərb və Avropa siyasi meydanları öz əhəmiyyətini tədricən itirir. Bu rol əsasən müsəlman ölkələrinə və Türk dövlətlərinə keçir. Görürük ki, dünya əhəmiyyətli məsələlərin -istər siyasi, istər iqtisadi, istərsə də sülhlə bağlı danışıqların artıq Avropa siyasi platformalarında deyil, digər meydanlarda, o cümlədən Əbu-Dabidə daha uğurla aparılması mümkündür. Sülhün hələ tam yaxınlaşdığını demək çətindir, lakin Rusiya ilə Ukrayna arasında prinsipial problem hesab olunan məsələlərin böyük hissəsi artıq həllini tapıb. Böyük ehtimalla, yaxın həftələrdə sülh prosesinin hansı mərhələyə qədər irəlilədiyi daha aydın şəkildə bəlli olacaq".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















