Icma.az
close
up
RU
Rusiya iqtisadiyyatı qısa müddətdə ciddi çətinliklərlə üzləşəcək və müharibəni bitirməyə razılıq verəcək

Rusiya iqtisadiyyatı qısa müddətdə ciddi çətinliklərlə üzləşəcək və müharibəni bitirməyə razılıq verəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"Yeni Zelandiya Rusiya neftinin qiymətini bir barel üçün 47,60 dollara endirir və 19 fiziki və hüquqi şəxsə, həmçinin Rusiyadan gələn 19 gəmiyə qarşı sanksiyalar tətbiq edir". Bu barədə ölkənin xarici işlər naziri Uinston Peters bildirib. Piters cümə günü Yeni Zelandiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir: "Qiymət həddinin bir barel üçün 60 dollardan 47,60 dollara endirilməsi neft satışından əldə etdiyi həyati gəliri azaltmağa yönəlmiş düşünülmüş addımdır". "Bu, Yeni Zelandiyanın 32-ci sanksiya raundudur. O, 19 fiziki və hüquqi şəxs, o cümlədən 19 gəmini hədəf alır", - XİN rəhbəri qeyd edib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün artıq Rusiya-Ukrayna müharibəsinin 1997-ci günüdür: “Artıq milyondan çox insan tələf olub və yaralanıb və son zamanlarda müharibə daha da gərginləşib, daha da ciddi xarakter alıb. Raket hücumları, dron hücumları artıb. Eyni zamanda Rusiya NATO ölkəsi olan Polşaya da dron hücum edib və NATO-nun nəbzini yoxlayıb. Görünən odur ki, NATO bu hücumlara hazır olmayıb. PUA-ların vurulması üçün bahalı raketlərdən istifadə olunub.

Bu da onu göstərir ki, əgər rus Rusiyaya qarşı müharibə aparsa, qısa müddət ərzində NATO-nun raketləri qurtara bilər. Bu da bir sınaq idi. Yəni görünən odur ki, Rusiya müharibəni dayandırmaq istəmir. Baxmayaraq ki, Donald Tramp artıq hakimiyyətə gələndən bəri nə qədər təkid edir, tələb edir, xahiş edir, amma bunların heç biri bir nəticə vermir. Polşaya dron hücumunu da Donald Tramp səhv adlandırdı.

Avropa İttifaqı Rusiyaya 18 sanksiya tətbiq edib və artıq üç aydır ki, ABŞ-ın Senatı Rusiyaya qarşı özlərinin də dediyi kimi öldürücü sanksiyalar hazırlayıblar. Ancaq o sanksiya da qəbul olunmur. Çünki Donald Tramp onun qəbul olmaması barədə Senatdan da, Konqresdən xahiş edib ki, mən Putinlə danışıqlar yolu müharibəni dayandıracam. Ancaq Putin də Trampla oyun oynayır, sanki”.

Elşad Həsənov

“Rusiyanın xaricə satdığı əsas neft qazdır. Yeni Zellandiya və Yaponiya tərəfindən neftin qiymətinin 47 dollara salınması Rusiya üçün müəyyən mənada doğrudan da ciddi zərbədir. Düzdür, indi bu ölkələr neft almırlar, ancaq hər halda onların 19 gəmisinə, Yaponiyada olan 48 şirkətinə sanksiya tətbiq edilir və bunlar da müəyyən mənada Rusiya iqtisadiyyatına təsir edəcək.

Rusiyanı bu gün ayaqda saxlayan onun bu gün xaricə satdığı neft və qazdır. Bildiyimiz kimi neftin qiymətinin ən yüksək həddi 60 dollar qoymuşdular. İndi 19-cu paket sanksiya hazırlanır. Paket sentyabrın 15-də açıqlanacaq. Bu haqda Fransanın Xarici İşlər Naziri Jan Noyer Barror məlumat verib. Yeni sanksiyalar Rusiyanın 6 bankına, ödəniş sistemlərinə, neft şirkətlərinə və kriptovalyuta birjalarına təsir edəcək. Bir neçə aya sanksiyaların nəticəsi bəlli olacaq”-deyə Elşad Həsənov qeyd edib.

“Rusiya lideri Putin bildirir ki, Qərbin, Amerikanın onlara qarşı tətbiq etdiyi sanksiyalar, Rusiya iqtisadiyyatını daha da gücləndirib.

Onların guya ümumi daxili məhsulu güclənib, artıb, iqtisadiyyatı səkkiz faiz inkişaf edib. Bu fikirlər publikaya yönəlmiş təbliğat ritorikalardır. Doğrudan da Rusiyanın iqtisadiyyatı artıb, hərbi iqtisadiyyatı artıb. Çünki hərbi zavodlar, hərb maşını gecə-gündüz işləyir. Onlar tanklar, toplar, raket qurğuları, hərbi ləvazimat istehsal edirlər. Digər sahələrin demək olar ki, hamısı dayanıb. Çətinliklər var, problemlər var. Çünki həmin sanksiyalara görə, onlara yeni texnologiya və lazım olan avadanlıqlar verilmir. Bu nöqtey-i nəzərdən Rusiya iqtisadiyyatı ciddi cəhdlə geriləyir. Rusiyaya qarşı qəbul olunan sanksiyalar tam ciddi təsir göstərməsə də, ancaq lazımi təsir göstərir. Rusiya qısa müddətdə çətinliklərlə üzləşəcək və müharibəni bitirməyə razılıq verəcək”-deyən politoloq bildirib.

“ABŞ prezidenti Putini bəzən “yaxşı oğlan” adlandırır, bəzən “dostum” adlandırır. Ona olan simpatiyasına görə Rusiyaya qarşı ciddi tədbirlər görülməsinin hələlik qarşısını alırlar. Polşaya olan dron hücumundan sonra da Donald Trampın fikri dəyişməyib. Görünür, ABŞ prezidenti gözləyir ki, Rusiya Polşanın və ya Pribaltika ölkələrinin quru qoşunlarına hücum etsin. O zaman bəlkə qəbul edər ki, Rusiya məhz müharibə aparır, müharibəni dayandırmaq istəmir və işğalçılıq siyasətini davam etdirir”-deyən Elşad Həsənov hesab edir ki, 19-cu sanksiya paketindən sonra Rusiya çökəcək.

Politoloq xatırladıb ki, SSRİ-ni dağıtmaq üçün də öncə neftin qiyməti ucuzlaşdırılmışdı. Elşad Həsənov qeyd edib ki, artıq OPEC-lə razılığa gəlinib ki, neft hasilatını 518 milyon barel artırsın: Bu artımdan sonra Rusiya nefti satmağa çətinlik çəkəcək. Eyni zamanda ABŞ Çinə və Hindistana Rusiya neftini aldıqlarına görə 100 faizli tarif tətbiq edir. Eyni zamanda Avropa İttifaqından da tələb edir ki, onlar da həmin tarifi tətbiq etsinlər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri