Icma.az
close
up
RU
Rusiya İran arasında Azərbaycan üzərindən qaz anlaşması Putin bu dəfə əmindir, amma.. AzPolitika onlayn siyasi ictimai qəzet

Rusiya İran arasında Azərbaycan üzərindən qaz anlaşması Putin bu dəfə əmindir, amma.. AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 yanvar tarixində iranlı həmkarı Məsud Pezeşkiyan ilə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin işə salındığını təsdiqlədi. Onun sözlərinə görə, ilkin tədarük həcmi 2 milyard kubmetrə çata bilər, lakin sonrakı mərhələdə bu həcmin illik 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır.

Vladimir Putin vurğulayıb ki, Rusiya bu layihənin həyata keçiriləcəyinə əmindir.

Öz növbəsində, Rusiya Energetika Naziri Sergey Tsivilev jurnalistlərə bildirib ki, Rusiya ilə İran arasında qaz kəmərinin marşrutu razılaşdırılıb və Azərbaycan ərazisindən keçəcək.

O əlavə edib ki, danışıqlar son mərhələdədir və hazırda qiymət müzakirə olunur.

“Azərbaycan vasitəsilə marşrut razılaşdırılıb. İndi biz danışıqların son mərhələsindəyik – qiymətin yekunlaşdırılması prosesi gedir. Həcmlər artıq müəyyənləşdirilib. Qiymət hər zaman kommersiya məsələsidir və kompromis axtarışı tələb edir. Bu məqsədlə hər iki tərəfdən işçi qruplar formalaşdırılıb, mütəxəssislər qiymət təyini metodikası üzərində çalışırlar”  - deyə, nazir izah edib.

Azərbaycan hökuməti və Azərbaycanın əsas qaz kəmərlərinin, o cümlədən "Şimal-Cənub" istiqamətində yerləşən kəmərlərin sahibi olan Dövlət Neft Şirkəti (SOCAR) hələlik Rusiya-İran qaz kəməri layihəsi ilə bağlı şərh verməyib.

Qeyd etmək lazımdır ki, 2024-cü ilin iyun ayında “Qazprom” və İran Milli Qaz Şirkəti (NIGC) Rusiya təbii qazının İrana tədarükü üçün strateji memorandum imzalayıb. Həmin vaxt bildirilib ki, yeni qaz kəmərinin tikintisi də daxil olmaqla lazımi infrastruktur xərcləri Rusiya tərəfindən qarşılanacaq. Lakin gələcək qaz tədarükünün İrana hansı marşrutla həyata keçiriləcəyi və həcm barədə rəsmi məlumat verilməyib.

İran mediası həmin vaxt Rusiya və İranın qazın Mozdok-Şirvanovka (Azərbaycan-Rusiya sərhədi) – Hacıqabul – Astara (Azərbaycan-İran sərhədi) – Abadan boru kəməri vasitəsilə tədarükü barədə razılığa gəldiyini bildirib. Layihə çərçivəsində mövcud Rusiya-Azərbaycan və Azərbaycan-İran qaz kəmərlərinin illik gücünün 10 milyard kubmetr olduğu qeyd edilib.

Lakin “Turan” agentliyi Azərbaycanın qaz sənayesi mənbələrinə istinad edərək, Azərbaycanın ərazisində Mozdok-Hacıqabul qaz kəmərinin cari işlək gücünün illik təxminən 4,5 milyard kubmetr, Azərbaycandan İrana isə 2 milyard kubmetr olduğunu dəqiqləşdirib.

İran illik 250 milyard kubmetrdən çox qaz istehsal edir, lakin əvvəllər qışda qaz çatışmazlığı yaşamasına baxmayaraq, keçən il yay aylarında da oxşar problemlərlə üzləşdi. Nəticədə İran Türkiyə və İraqa qaz ixracını azaltmağa məcbur oldu. Buna görə də, rəsmi Tehran Rusiya qazının idxalında maraqlıdır.

Lakin aydın deyil ki, İran nəyə görə Rusiya elektrik enerjisini idxal etməyi seçmədi. Çünki elektrik enerjisinin daşınması təbii qazın daşınmasından daha ucuzdur. Halbuki Rusiya-Azərbaycan-İran enerji dəhlizi layihəsi təxminən 20 ildir gündəmdə olsa da, Kremlin bu istiqamətdə əhəmiyyətli praktiki addımlar atmadığı müşahidə olunur.

Bundan əlavə, İran qonşu Azərbaycandan elektrik enerjisi idxal edə bilərdi, halbuki keçən il Türkiyə və Gürcüstanda zəif istehlak səbəbindən Azərbaycan ixrac həcmini azaltmışdı. Üstəlik, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən sonra rəsmi Bakı tezliklə Araz çayı üzərində iki su elektrik stansiyasının (Xudafərin və Qız Qalası SES, hər biri 280 MVt gücündə olmaqla) tikintisini həyata keçirməyi planlaşdırdığını açıqlamışdı.

Buna görə də, Rusiya ilə İran arasında yeni əsas qaz kəmərinin tikintisinin uğurla reallaşmasına inanmaq çətindir: hər hər iki ölkə sanksiyalar altındadır, iqtisadiyyatları zəifləyib və kapital çatışmazlığı ilə üzləşirlər ki, bu da kapital tələb edən infrastruktur layihəsinə sərmayə qoymağı çətinləşdirir.

Yuxarıda göstərilən şərtlər əsasında belə nəticəyə gəlmək olar ki, Azərbaycan vasitəsilə Rusiya-İran qaz kəməri layihəsi ticari layihədən daha çox siyasi layihədir. Bu layihə kollektiv Qərbin ağır sanksiyaları ilə üzləşən Moskva və Tehranın siyasi maraqlarına görə gündəmə gətirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri