Icma.az
close
up
RU
Rusiya İran qaz kəməri uğurlu perspektiv vəd etmir... Ekspert səbəbləri SADALADI

Rusiya İran qaz kəməri uğurlu perspektiv vəd etmir... Ekspert səbəbləri SADALADI

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Ötən günlərdə iranlı həmkarı Məsud Pezeşkiyan ilə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin işə salındığını təsdiqləyib. Onun sözlərinə görə, ilkin tədarük həcmi 2 milyard kubmetrə çata bilər, lakin sonrakı mərhələdə bu həcmin illik 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır.   

Rusiya və İran razılaşmasında Rusiya-İran qaz kəmərini perspektivləri nə vəd edir? Bu hədəf reallaşa biləcəkmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, “55” rəqəmi təsadüfən seçilməyib:

“Baltik dənizinin dibində Rusiyanın partladılan “Şimal axını-2” boru kəməri ilə Almaniyaya məhz 55 milyard kub metr qaz ixrac edilməli idi. Ötən ilin yayında isə İranın neft naziri Cavad Ovji İranın bir ildə 110 milyard kubmetr qaz ala biləcəyini demişdi. 110 milyard kubmetr ifadəsi də təsadüfi deyildi. Baltik dənizinin dibində iki boru kəməri partladılmışdı: “Şimal axını-1” və “Şimal axını-2”. Hər birinin illik ötürücülük gücü 55 milyard kub metr olduğu üçün toplam, 110 milyard kub metrlik gücə sahib idi. Müqayisə üçün qeyd edim ki, bu bizim TANAP kəmərimizdən 6 dəfə, TAP-dan isə təxminən 10 dəfə çoxdur.

Rusiya 47,8 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın birincisi, İran isə 34 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın ikincisidir. 2021-ci ildə Rusiya 251 mlrd. kub metr, 2023-cü ildə isə təxminən 145 kubmetr qaz ixrac edib. 2 il ərzində sanksiyalar səbəbindən 100 milyard kubmetrdən çox ixracda azalma olub. Deməli səsləndirilən rəqəmlərin ölçü göstəriciləri elə bu azalma həcmlərindən qaynaqlana bilər”.

Ekspertin sözlərinə görə, kəmərin tikintisi üçün olduqca böyük məbləğ lazımdır:

“1234 km uzunluğunda olan “Şimal Axını-2” boru kəməri üçün 11 milyard dollardan çox vəsait xərclənib. Rusiyadan İrana uzanacaq yeni kəmərin uzunluğunun bundan dəfələrlə çox olacağı gözlənilir. Eyni zamanda, bu kəmərin yeni və müasir standartlara cavab verən qaz kəməri olacağını nəzərə alsaq, ən azı bundan 2 dəfə artıq maliyyə vəsaitinin tələb olunacağı şübhəsizdir. Bu gün Şimal-Cənub nəqliyyat dəhlizində infrastrukturun tam yaradıla bilməməsinə görə dəhliz öz potensialının heç beşdə birini ortaya qoya bilmir. Tamamlanmalı olan nəqliyyat xətləri yarımçıq qalıb. Belə olan halda yeni boru kəmərinin inşası üçün 20 milyard dollar üzərində vəsait lazımdır”. 

E.Əmirov qeyd edib ki ,maliyyə problemi həll edilsə də, İrana ixrac ediləcək 110 milyard və ya 55 milyard kub metr qazı İranın kimə satacağı da sual altındadır:

“İran özü dünyanın ikinci neft ehtiyatına sahib ölkəsidir. 2023-cü ildə 252 milyard kubmetr qaz hasil edib ki, bunun heç onda bir hissəsini ixrac edə bilməyib. Ümumi ixracı cəmi 14 milyard kubmetrlə 9,2 faiz təşkil edib. Çünki sanksiyalar yalnız Rusiyaya aid deyil. Sankisiyaların acı təsirini İran Rusiyadan da çox-çox əvvəl görüb və görməkdədir. Hətta əgər İran alıcı tapıb, Rusiya qazını öz üzərindən ixrac etməyə cəhd göstərərsə, bu da qərb tərəfindən sükutla qarşılanmaz və sərt sanksiyalar gələr. Nəzərə alaq ki, İrana tətbiq edilən sankiyalar Rusiya ilə müqayisədə 10 dəfələrlə yumşaqdır”. 

Mütəxəssis sonda vurğulayıb ki, bütün bunlar iki ölkə arasında böyük həcmdə mavi qaz nəqlinə dair razılaşmanın heç də uğurlu perspektiv vəd etmədiyini təsdiq edir.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri