Icma.az
close
up
RU
SANKSİYA VAR: İran və Rusiyanın qaz razılaşması uğurlu perspektiv vəd etmir ŞƏRH

SANKSİYA VAR: İran və Rusiyanın qaz razılaşması uğurlu perspektiv vəd etmir ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və İran rəhbərlərinin görüşündə Rusiyanın İrana qaz ixracının ildə 55 milyard kubmetrə çata biləcəyi bildirilib. Yəqin ki, “55” rəqəmi təsadüfən seçilməyib. Baltik dənizinin dibində Rusiyanın partladılan “Şimal axını-2” boru kəməri ilə Almaniyaya məhz 55 milyard kub metr qaz ixrac edilməli idi. 

Ötən ilin yayında isə İranın neft naziri Cavad Ovji İranın bir ildə 110 milyard kubmetr qaz ala biləcəyini demişdi. 110 milyard kubmetr ifadəsi də çox güman ki, təsadüfi deyil. Baltik dənizinin dibində iki boru kəməri partladılıb - “Şimal axını-1” və “Şimal axını-2”. Hər birinin illik ötürücülük gücü 55 milyard kub metr olduğu üçün toplam, 110 milyard kub metrlik gücə sahib idi. Müqayisə üçün qeyd edim ki, bu bizim TANAP kəmərimizdən 6 dəfə, TAP-dan isə təxminən 10 dəfə çoxdur.

Çox maraqlı bir vəziyyət yaranıb. Bu xəyalı gerçək etmək mümkün olacaqmı?


Vəziyyəti təhlil edən iqtisadçı-ekspert Eldəniz Əmirov “Sherg.az”a açıqlamasında deyib ki, Rusiya 47,8 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın birincisi, İran isə 34 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın ikincisidir: 

“2021-ci ildə Rusiya 251 mlrd. kub metr, 2023-cü ildə isə təxminən 145 kubmetr qaz ixrac edib. 2 il ərzində sanksiyalar səbəbindən 100 milyard kubmetrdən çox ixracda azalma olub. Deməli, səsləndirilən rəqəmlərin ölçü göstəriciləri elə bu azalma həcmlərindən qaynaqlana bilər. Maraqlı olan odur ki, İran Rusiyada bu qazı necə ixrac edə biləcək? 1234 km uzunluğunda olan “Şimal axını-2” boru kəməri üçün 11 milyard dollardan çox vəsait xərclənb. Rusiyadan İrana uzanacaq  kəmərin uzunluğunun bundan dəfələrlə çox olacağı şübhəsizdir. Eyni zamanda bu kəmərin yeni və müasir standartlara cavab verən qaz kəməri olacağını nəzərə alsaq, ən azı bundan 2 dəfə artıq maliyyə vəsaitinin tələb olunacağı şübhəsizdir”. 

E.Əmirovun sözlərinə görə, bu gün Şimal-Cənub nəqliyyat dəhlizində infrastrukturun tam yaradıla bilməməsinə görə dəhliz öz potensialının heç 1/5-də birini ortaya qoya bilmir: “Tamamlanmalı olan nəqliyyat xətləri yarımçıq qalıb. Belə olan halda yeni boru kəmərinin inşası üçün 20 milyard dollar üzərində vəsait hardan tapılacaq? Maliyyə çatışmazlığı problemin hamısı deyil. Lap tutaq ki, bir sehirli çubuq sayəsində maliyyə problemi həll edildi, bəs İrana ixrac ediləcək 110 milyard və ya 55 milyard kub metr qazı İran kimə satacaq?  Qeyd etdiyim kimi, İran özü dünyanın ikinci neft ehtiyatına sahib ölkəsidir. 2023-cü ildə 252 milyard kubmetr qaz hasil edib ki, bunun heç 1/10 hissəsini ixrac edə bilməyib. Ümumi ixracı cəmi 14 milyard kubmetrlə 9,2 faiz təşkil edib. Çünki sanksiyalar yalnız Rusiyaya aid deyil. Sanksiyaların acı təsirini İran Rusiyadan da çox-çox əvvəl görüb və görməkdədir. Hətta əgər İran alıcı tapıb, Rusiya qazını öz üzərindən ixrac etməyə cəhd göstərərsə, bu da Qərb tərəfindən sükutla qarşılanmaz və sərt sanksiyalar gələr. Nəzərə alaq ki, İrana tətbiq edilən sanksiyalar Rusiya ilə müqayisədə 10 dəfələrlə yumşaqdır. Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, iki ölkə arasında böyük həcmdə mavi qaz nəqlinə dair razılaşma heç də uğurlu perspektiv vəd etmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2025 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri