Icma.az
close
up
RU
Düzgün tənzimlənməsə, tələbələrə problem yaradacaq Ekspert səbəbləri SADALADI

Düzgün tənzimlənməsə, tələbələrə problem yaradacaq Ekspert səbəbləri SADALADI

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Son günlər universitetlərin şəhərin mərkəzindən kənarlaşdırılması müzakirə obyekti olub.

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, universitetlərin şəhər mərkəzindən kənar ərazilərə köçürülməsinin bir çox müsbət və mənfi nəticələri var: 

“Dünyanın bir çox ölkəsində universitetlər mərkəzi hissədən kənarda yerləşdirilir. Bu təcrübənin əsas məqsədi tələbələr üçün geniş tədris və tədqiqat mühiti yaratmaq, yaşayış və nəqliyyat xərclərini optimallaşdırmaq, şəhər mərkəzində nəqliyyat yükünü azaltmaq, tələbələri daha sakit və akademik mühitdə cəmləşdirməkdir....Azərbaycan reallığında bu tətbiq edilsə, nəqliyyat və şəhər infrastrukturu yüngülləşər. Bakıda 40-dan çox ali təhsil müəssisəsi var və tələbələrin böyük hissəsi şəhərin mərkəzinə yönəlir, səhər saatlarında ictimai nəqliyyatda sıxlığın 30-40%-ni tələbələr təşkil edir. Universitetlərin şəhərdən kənara köçürülməsi bu yükü azalda bilər. Digər tərəfdən, hazırda Bakıda universitetlərin əksəriyyəti ayrı-ayrı binalarda fəaliyyət göstərir və tələbələr üçün geniş sosial, akademik və tədqiqat imkanları məhduddur. Şəhər kənarında universitet şəhərciklərinin yaradılması tələbələr üçün daha müasir, elmi və texnoloji imkanları olan geniş kampus mühiti formalaşdıra bilər. Həmçinin yaşayış və kirayə qiymətləri də optimallaşar. Bakıda tələbələrin kirayə mənzil problemi böyükdür. Şəhər mərkəzində kirayə qiymətləri 500-1000 manat arasında dəyişir və bu, çoxları üçün çətinlik yaradır. Universitetlər şəhərdən kənara köçürülsə, tələbə yataqxanalarının tikilməsi və daha ucuz yaşayış imkanlarının yaradılması mümkün ola bilər”.

Ekspert sözügedən prosesin mənfi tərəflərindən də söz açdı:

“Universitetlərin şəhərdən kənara köçürülməsi üçün müvafiq nəqliyyat marşrutları və tələbələr üçün uyğun şərait yaradılmalıdır. Əks halda, universitetlər şəhər mərkəzindən uzaqlaşsa da, tələbələr üçün ciddi çətinliklər yarana bilər. Eyni zamanda, hazırda tələbələr universitetlərdən sonra şəhərin müxtəlif sosial məkanlarında vaxt keçirirlər. Universitetlərin şəhərdən kənara köçürülməsi bu imkanı azalda bilər və tələbələrin sosiallaşması zəifləyə bilər. Xüsusilə humanitar və sosial elmlər sahəsində fəaliyyət göstərən universitetlər üçün şəhər mərkəzində yerləşmək daha əlverişli ola bilər. Diplomatiya, beynəlxalq münasibətlər və biznes sahələri üzrə təhsil alan tələbələr üçün mərkəzdə olmaq müəyyən üstünlüklər yaradır. Ümumiyyətlə, universitetlərin şəhərdən kənara köçürülməsi yaxşı planlaşdırılmalı, nəqliyyat və sosial infrastruktur düzgün qurulmalıdır. Əgər kampus universitet modeli yaradılmasa, tələbələr üçün əlavə çətinliklər meydana çıxa bilər. Düzgün planlaşdırılarsa, bu addım həm Bakının yükünü azaldar, həm də universitetlər üçün yeni inkişaf perspektivləri açar”.

Günay 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri