Icma.az
close
up
RU
“Rusiya istənilən vaxt heç kəsin proqnozlaşdırmadığı, nəzərə almadığı hərəkətlər edə bilər...”

“Rusiya istənilən vaxt heç kəsin proqnozlaşdırmadığı, nəzərə almadığı hərəkətlər edə bilər...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Putin sözgəlişi üzrxahlıq etdi, sadəcə bir fikir səsləndirdi, geniş şəkildə rəsmi olaraq “mən dövlət başçısı olaraq məsuliyyəti öz üzərinə götürürəm, günah bizdədir” və s. söyləmədi...”

“Maksimum çalışmaq lazımdır ki, Kreml sözügedən təyyarə qəzasıyla bağlı özünü Azərbaycan xalqı və dövləti qarşısında günahkar hiss etsin, Azərbaycan Prezidentinin tələbləri yerinə yetirilsin, Rusiya rəhbərliyi qismən də olsa, məsuliyyəti öz üzərinə götürsün və günahkarlar cəzalandırılsın”. 

Bu fikri Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında “2024-cü il yenə də Rusiyadakı imperialist hakimiyyətin ucbatından Azərbaycan üçün faciəli bir hadisə ilə - həmin ölkənin səmasında sərnişin təyyarəmizin vurulması ilə bitməsini nəzərə alaraq yeni - 2025-ci  ilimizə Rusiya ilə münasibətlərə, xüsusən də onunla müttəfiqliyə yenidən baxmaq ili kimi başlamaq olarmı” sualını cavablandırarkən ifadə edib.

“Rusiya ilə münasibətlərə yenidən baxılması həmişə aktual məsələ olub. Amma onu nəzərə almalıyıq ki, Rusiya regionda kobud bir hərbi gücdür və istənilən vaxt, istənilən istiqamətdə heç kəsin proqnozlaşdırmadığı, nəzərə almadığı  hərəkətlər edə bilər. Ona görə də Rusiyanın regionda neytrallaşdırılması daha vacibdir. Bu neytrallaşdırmanı 2022-ci ilin fevral ayında həmin dövlətlə Azərbaycan arasında imzalanması strateji müttəfiqlik haqqında müqavilə tipli sazişlərin imzalanmasıyla, hansısa qarşılıqlı maraqların ödənməsi vasitəsilə həyata keçirmək mümkündür. Yəni Rusiya ilə sərt konfrontasiyaya getmək, o dövlətdən tamamilə uzaqlaşmaq, ona qarşı hansısa sanksiyaları dəstəkləmək, hesab edirəm ki, Moskvanı daha ciddi surətdə Ermənistana tərəf itələyə bilərdi. Və Rusiyanın Azərbaycana qarşı hansısa səviyyədə əngəllər, təxribatlar törətməyə yetərincə resursları var. Kremlin ölkəmizdə müəyyən proksi qüvvələri var, təsir agentləri var. Həmin qüvvələr konservləşdirilib və Moskvanın lazımi məqamda onları hərəkətə gətirib hansısa təxribat, partlayış törətmək üçün agentura şəbəkələri və qrupları mövcuddur”, - partiya sədri belə deyib.

“Amma onu da deyim ki, Azərbaycan Prezidenti son təyyarə faciəsi ilə bağlı mövqeyini sərt şəkildə ortaya qoydu. Və hiss olunur ki, Rusiya da bu mövqe ilə, həmçinin Azərbaycan və Türkiyənin regiondakı gücü ilə hesablaşır. Elə bu şəkildə maksimum çalışmaq lazımdır ki, Kreml sözügedən təyyarə qəzasıyla bağlı özünü Azərbaycan xalqı və dövləti qarşısında günahkar hiss etsin, Azərbaycan Prezidentinin tələbləri yerinə yetirilsin, Rusiya rəhbərliyi qismən də olsa, məsuliyyəti öz üzərinə götürsün və günahkarlar cəzalandırılsın. Tam olaraq məsuliyyəti boynuna götürməyə Moskvanı məcbur etmək çətin məsələdir, çünki Putin sözgəlişi üzrxahlıq etdi, sadəcə bir fikir səsləndirdi, geniş şəkildə rəsmi olaraq “mən dövlət başçısı olaraq məsuliyyəti öz üzərinə götürürəm, günah bizdədir” və s. söyləmədi. Ona görə də Rusiya ilə münasibətlərlə bağlı deyilən amillər hamısı nəzərə alınmalıdır”, -deyə davamında Akif Nağı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri