Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Pol Qoblun nəzərə almadığı reallıq

Pol Qoblun nəzərə almadığı reallıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Üstündən bir qərinə keçsə də, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə səngiməyib

Qafqazın “Qordiyev düyünü”nə çevrilmiş Qarabağ münaqişəsini hərbi qarşıdurmaya getmədən, ərazilərin dəyiş- düyüşü yolu ilə çözülməsi. 33 il bundan əvvəl ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, məşhur politoloq Pol Qoblın irəli sürdüyü planın əsas mahiyyəti bundan ibarət idi. Bəli, bu plan keçmiş Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi məqsədilə ortaya atılmışdı.

Daha bu adda münaqişə mövcud deyil. Azərbaycan bu qədər müddətdə Avropanın hüquqi-siyasi, insan haqları, demokratiya institutlarının, BMT-nin məlum qurumlarının işğalçını ram edəcəyini gözlədi, amma onlardan bir hərəkət və ədalət görməyəndə münaqişəni beynəlxalq hüququn bizə verdiyi səlahiyyət çərçivəsində özü həll etdi. Amma arxivə çevrilməsinə baxmayaraq “Qobl planı” ara-sıra gündəmə gəlir, müxtəlif interpretasiyalarda şərh olunur.

Oxucularımıza xatırladaq ki, hayların keçmiş “qarabağlı prezidenti” Koçaryanın oğlu, Ermənistan parlamentinin üzvü Levon Koçaryan 6 ay bundan əvvəl tribunadan bəyan etdi ki, əgər Ermənistan rəhbərliyi doxsanıncı illərdə “Qobl planı”na razılaşsaydı, indi Qarabağ Ermənistanın tərkibində idi. Üç on il əvvəlki reallıqdan xəbərsiz Levon, əlbəttə ki, bunu deyərkən faktları təhrif edir, yalan danışırdı. Həmin planın reallaşması bir neçə səbəbdən mümkün deyildi. Başlıca səbəb bölgəyə sülhün gəlməsini istəməyən, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşdirilməsindən aşkar qorxan, Türk dünyasının nəqliyyat vasitələrinin birləşdirilməsinə heç vaxt razı olmayan qüvvələrin bu planın icrasına imkan verməmələri idi.

***

Bu günlərdə yerli media qurumlarından biri məşhur analitik, ABŞ Dövlət katibinin keçmiş xüsusi müşaviri, həmin planın müəllifi Pol Qobldan blits-müsahibə alıb. Sabiq məmurun bizim üçün maraq kəsb edən bir çox fikirlərinin icmalını oxucularımızla bölüşmək qərarına gəldik və ekspertdən məsələyə rəy bildirməsini xahiş etdik. Jurnalistin vaxtilə Azərbaycanla Ermənistan arasında ərazilərin mübadiləsini təklif edən sülh planının müəllifi kimi bu planın hərbi əməliyyatları dayandıra biləcəyinə inanıb-inanmadığı barədə sualına cavabında cənab Qobl deyir ki, zaman hadisələrə öz korrektələrini edir: “Bu gün Azərbaycan xeyli güclənib və supergüclərin həmin illərdə qurduğu oyun qaydalarını yenidən yazıb”.

Bu cavab-etirafın ardınca analitik müxbirin Vaşinqton sammitindən sonra Cənubi Qafqazda kommunikasiyaların yeni konfiqurasiyasını və qüvvələr balansını necə gördüyü barədə sualını belə cavablandırır: “O plan 1992-ci ilin yanvarında, SSRİ dağılandan dərhal sonra təklif edilmişdi. Ərazilərin mübadiləsi nəyi nəzərdə tuturdu? İrəvan Qarabağı, Bakı isə Zəngəzuru müharibəyə son qoymağın vasitəsi kimi alacaqdı. Doğrudur, üstündən çox vaxt keçib, insanlar həlak olub, itkin düşənlər var, münaqişə qurbanlarının son sayı hələ tam hesablanmayıb. Amma reallıq tam başqadır. İndi Bakı Qarabağı geri alıb və Naxçıvana quru yolu istəyir. Şübhəsiz, Azərbaycan Cənubi Qafqazda dominant qüvvədir. İrəvan Vaşinqton razılaşmalarının Bakını qane edəcəyinə, Ermənistan dövlətçiliyinə təhlükə yaranmayacağına ümid edir və ABŞ-ın da bu mövqedən çıxış edəcəyini gözləyir”.

Media nümayəndəsinin ABŞ-ın Cənubi Qafqazda mövcudluğunun əhəmiyyəti, bunun nə qədər ciddi və uzunmüddətli ola biləcəyi, eləcə də Trampdan fərqli olaraq, eks-prezidentlər Obama və Baydenin bölgəyə niyə maraq göstərmədikləri barədə ciddi və çoxmənalı sualına Pol Qobl maraqlı cavab verib: “Əslində, Birləşmiş Ştatlar Xəzər hövzəsi və Mərkəzi Asiyadan neft və qazın nəql olunduğu marşrut və İranı cilovlamaq vasitəsi kimi Cənubi Qafqazda çoxdan maraqlıdır. Bu yanaşma bu gün də dəyişməyib. Prezident Donald Tramp hazırda fürsətin yarandığını gördü və ondan istifadə etdi. Bu, onun təkbaşına çox şeyə nail ola biləcəyinə inamını və təkcə Rusiyanı deyil, həm də avropalıları regiondan sıxışdırıb çıxarmaq istəyini özündə əks etdirir. Obama və Bayden dövründə Vaşinqtonda belə bir marağın olmadığını söyləmək doğru olmaz. Açıq danışsaq, indi dəyişən Rusiyanın bölgəyə və dünyaya qarşı təcavüzkarlığı və Vaşinqtonun Ukraynada və başqa yerlərdə bununla məşğul olmaq üçün sərfəli yolları tapmaq cəhdləridir”.

Ardınca Moskvanın Cənubi Qafqaza nəzarəti tamamilə itirməsinə hansı reaksiyanı verə biləcəyindən danışan politoloq qarşıda bölgə uğrunda geosiyasi mübarizənin mümkünlüyünü istisna etmədiyini, amma onun nə dərəcədə gərgin olacağını indidən söyləməyə çətinlik çəkdiyini dilə gətirib: “Rusiya üçün bu region ekzistensial əhəmiyyət kəsb edir, amma ABŞ üçün bir o qədər də önəmli deyil. Ona görə də böyük ehtimalla ABŞ bir müddət başqa coğrafiyaya diqqət yetirsə, Rusiya ciddi müqavimətlə üzləşmədən irəliləyə bilər”.

Kifayət qədər subyektiv xarakter daşıyan bu açıqlamasında Qoblun aşkar nəzərə almadığı reallıqlar var. Ən başlıca reallıq Tramp Administrasiyasının həm Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, həm də Zəngəzur dəhlizi (TRİPP) kimi transmilli layihənin reallaşması üçün göstərdiyi ciddi səylər və atdığı konkret və hüquqi addımlardır.

***

Nəhayət, İranın TRIPP-ı qəbul edib-etməyəcəyi, bu marşrutun onun maraqlarına cavab verib-verməyəcəyi barədə suala Pol Qobl təcrübəli diplomat fəhmi ilə praqmatik cavab verməyə çalışıb: “İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qorumaq və Qərbin bölgəyə hərbi müdaxiləsinin qarşısını almaq şərti ilə Zəngəzur (TRİPP) dəhlizi layihəsi ilə razılaşacağını deyir. Bununla belə, mənim fikrimcə, sonuncunun mümkün olub-olmayacağı sualı açıq qalır. Dəhliz ətrafında hadisələr müxtəlif ssenarilər üzrə inkişaf edə bilər. Hər şey tərəflərin dialoqa hazır olub-olmamasından asılıdır. Ümid etmək istərdim ki, Zəngəzur dəhlizi (TRİPP) kompromis və anlaşma zonasına çevriləcək.

Sonda bir daha 33 əvvəlki “Qobl planı” mövzusuna qayıdaraq demək istəyirik ki, bəzi ekspertlər ərazi mübadiləsi cəhdinin baş tutmasına mane olanların son nəticədə özləri də bilmədən, hətta istəmədən Azərbaycanın maraqlarına xidmət etdiklərini yazırlar. Çünki dəyiş-düyüş üçün nəzərdə tutulan Laçın yolu artıq bütövlükdə öz sahibinin əlindədir, Zəngəzur dəhlizi isə açılmaq üzrədir. Yəni, “Qobl planı”na düşən ərazi və anlayışdan əsər-əlamət qalmayıb. Digər tərəfdən, axı hazırda ABŞ rəhbərliyində belə bir istəyin motivi mövcud deyil. Sadə bir səbəbdən: bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır.

Doğrudur, o zaman Pol Qoblın planı reallaşmadı, amma üstündən xeyli keçəndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin zərgər dəqiqliyi ilə hazırladığı torpaqların işğaldan azad edilməsi planı dünyanın şahidlik etdiyi siyasi iradəsi, sərkərdə qətiyyəti ilə reallaşdı. Ali Baş Komandanın Zəfərə apardığı qurtuluş savaşının və suverenliyin tam bərpasının əsas şüarı isə bu oldu: “Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın!”

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– “Qobl planı” o zaman Ermənistan və Azərbaycan arasında hərbi münaqişəyə yol verməmək üçün irəli sürülmüş ərazi mübadiləsi planı idi. Söhbət münaqişənin dinc yolla həlli variantəndan gedirdi. Doğrudur, biz artıq heç bir ərazi mübadiləsi baş vermədən münaqişəyə nöqtə qoymuşuq. Yəni, Azərbaycan öz tarixi ərazisinin bütövlüyünü və suverenliyini tam təmin etdi. Sadə dildə desək, daha bölgədə Pol Qobl planına ehtiyac qalmadı. Amma mahiyyət etibarı ilə onun yanaşma versiyası indi də mövcuddur. Bu yanaşmanın məğzi ondan ibarətdir ki, əgər bölgə dövlətləri – Azərbaycan, Ermənistan və Gürcüstan regionda sülh və sabitlik istəyirlərsə, mövcud problemləri öz aralarında danışıqlar yolu ilə həll etməyi öyrənməlidirlər. Kiminsə kənardan gəlib öz maraqlarını təmin etməkdən ötrü bölgəmizdə qarşıdurma yaratmasına imkan verməməliyik. Həmin maraqlar ondan ibarətdir ki, tərəflərdən biri bölgənin dünyaya yolunun tam açıq olmasını istəyir, amma elə güclər də var ki, misal üçün, Rusiya və İran, bu yolun varlığını belə arzulamırlar. Çünki həmin yolun mövcudluğu bölgənin onların nəzarətindən çıxması, Qərbə, dünyaya inteqrasiyası deməkdir.

Təbii ki, bu yanaşma regionda maraqları olan “böyük güclər” üçün qəbul edilən vəziyyət deyil. Ümumiyyətlə, Cənubi Qafqazda kənar aktorların güc balansının yaradılması olduqca vacibdir. Bu zaman hansısa konkret güc bölgə ölkələrindən birinin üstünə yerimək istəyəndə digərləri onu çəkindirə bilsin. Bakı bu balansı yaratmaq üçün bütün zəruri işləri görür. Türkiyə ilə müttəfiqliyimiz, Çinlə strateji partnyorluğumuz, himəyadar kimi ABŞ-ın bölgəyə cəlb olunması və Vaşinqtonda Ermənistanla imzalanan vacib sənədlər məhz balansyaratma diplomatiyasına xidmət edir. Aydın məsələdir ki, bu balans formalaşanda artıq Rusiya əvvəllər olduğu kimi, bölgədə geniş əl-qol ata bilmir. Moskvanın göstərdiyi mənfi reaksiyanın əsas səbəbi budur. Amma Azərbaycan kimi bölgənin digər iki ölkəsi də hərəkət və davranışlarında möhkəm dursalar, Kreml reallıqla barışmalı olacaq. Belə olan təqdirdə heç bir kənar güc Cənubi Qafqazda “at oynatmaq” xəyalına düşməyəcək.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see674

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see478

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see264

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see263

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see250

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see239

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see237

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see235

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see235

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see233

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see232

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see218

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see216

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see210

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see206

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see204

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see203

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see200

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see199

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri