Rusiya istəyir ki, Azərbaycan da onlar kimi hərəkət etsin Elman Məmmədov
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Azərbaycan Rusiyadan fərqli olaraq heç vaxt Rusiya kimi qeyri-millətlərə qarşı haqsız mövqedə olmayacaq. Onlar bizim vətəndaşlarımızdır, bizimlə sülh içərisində yaşayırlar".
Bu fikirləri Redaktor.az-a deputat Elman Məmmədov son günlər Rusiyada azərbaycanlılara qarşı təzyiqlərdən danışarkən bildirdi.
"Bəlkə də Rusiya istəyir ki, Azərbaycan da onlar kimi hərəkət etsin. Azərbaycanda yaşayan qeyri-millətlərə qarşı xoşagəlməz addımlar atılsın. Rusiya və qeyriləri bundan istifadə etsinlər. Ancaq Azərbaycan bunu etməyəcək. Rusiya bu gün də özünün SSRİ-dən əvvəlki çar Rusiyası dövründəki imperialist siyasətindən ayrıla bilmir. Necə ki, çar Rusiyası dövründə və ondan sonra SSRİ dövründə bu qeyri-millətlərə ikinci sort millətlər kimi yuxarıdan aşağı baxırdılar, bu gün də cənab Putin o siyasəti öz ətrafında olan komandası ilə davam etdirir. Bu münasibətdən, bu siyasətdən əl çəksələr, daha yaxşı olar", - deyə Elman Məmmədov əlavə etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















