Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Məğlub kimi çıxdığımız Xocalıya qalib kimi qayıdırıq Elman Məmmədov

Məğlub kimi çıxdığımız Xocalıya qalib kimi qayıdırıq Elman Məmmədov

Icma.az bildirir, Modern.az portalına istinadən.

“Bütün Azərbaycan xalqı uzun illər Qarabağa qayıdış həsrəti ilə yaşayıb. Uzun müddət torpaqlarımızın düşməndən təmizlənməsinin, azad olunmasının həsrətini çəkmişik. Nəhayət ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Bu, Azərbaycan ordusunun qəhrəmanlığı, igidliyi, şücaəti nəticəsində gerçəkləşdi. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, Xocalı rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov deyib.


Onun sözlərinə görə, doğma torpaqlara qayıdış həmin bölgələrin sakinləri tərəfindən çoxdan gözlənilirdi:


“Xocalı şəhərinə bu ilin may ayında 46 ailə köçürülüb. Təxminən bir həftə əvvəl də Xocalının Ballıca kəndinə 27 ailə yerləşdirilib. İlin sonuna qədər Ballıca kəndinə daha 30 ailənin köçürülməsi gözlənilir. Qayıdış mütəmadi olaraq davam edir, şərait yaradılan kimi köç baş tutur.
Xocalı şəhərinin özündə də qayıdışla bağlı işlər görülür. Yəqin ki, yaxın vaxtlarda xeyli sayda ailənin qayıdışı baş tutacaq. Hər birimiz bu arzu ilə yaşamışıq, bu gün də yaşayırıq. 1992-ci ildə məğlub kimi çıxdığımız doğma yurd-yuvamıza bu gün sevinc hissi ilə, qürurla qalib Azərbaycan vətəndaşları kimi qayıdırıq. Bundan gözəl nə ola bilər?!
2025-ci ildə Xocalı və Ağdam rayonlarına daha çox sayda qayıdan insanlarımız olacaq. Elə dünən Ağdamın Quzanlı kəndində möhtəşəm bir tədbir keçirdik. Uzun illərdir fəaliyyət göstərən ictimai-siyasi xadim, Milli Məclisin 1-ci çağırış deputatı Çimnaz xanım Əliyevanın 75 illik yubileyi ilə bağlı toplaşmışdıq. Orada çıxış edənlərin hamısı böyük qayıdışı gözlədiyini vurğuladı. Yəqin ki, 2025-ci ildə Ağdamın Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinə də köç başlayacaq.
Ağdam şəhərində də vətəndaşlarımızı qəbul etmək üçün sürətli işlər gedir. Hesab etmirəm ki, kimsə bu qayıdışdan boyun qaçıra, yaxud imtina edə. Hamı bu arzu, həsrətlə yaşayır və qayıdan insanlarımız üçün də bütün şərait yaradılır. Əgər insanlarımız oraya qayıdırsa, təbii ki, onların məşğulluq məsələsi həll olunmalıdır. Uşaqlarımız məktəbə gedir, artıq 2 gündür bağçamız fəaliyyət göstərir. Xankəndidə bağça və məktəblər fəaliyyət göstərir. İnsanlarımızın orada məskunlaşması üçün kifayət qədər iş sahələri yaradılır və yaradılacaq. Bunlar gündəlikdə olan məsələlərdir, qayıdışla bağlı bütün tədbirlər görülür”.

E.Məmmədov qeyd edib ki, Xocalı torpağının hər bir qarışı şəhidlərimizin qanına boyanıb:

“İlk gedişimdə hamı kimi qəbirstanlığı ziyarət etdim. Ermənilərin vəhşicəsinə darmadağın etdiyi qəbirlərimizi gördük. Hələ 1992-ci ildə Xocalıda olduğumuz zaman bir neçə şəhidimizi orada dəfn etmişdik, onların məzarlarını çətinliklə də olsa tapdıq. Soyqırımı zamanı ermənilər tərəfindən qətlə yetirilən vətəndaşlarımızın qalıqlarını qəbirstanlıqda dəfn etdik. Bu il fevralın 26-da cənab Prezident Xocalıda soyqırımına həsr olunan memorialın bünövrəsini qoydu. Orada 10 hektar sahədə böyük bir kompleks yaradılacaq. Kompleksə Şəhidlər xiyabanı və muzey də daxil olacaq. Hər bir Xocalı sakini ömrünün sonuna qədər həmin dərdlə yaşayacaq. Ancaq biz düşməndən qisasımızı aldıq. Həmin soyqırımını törədənlər cəzalarına çatdılar. Ordumuz döyüş meydanında qisasımızı aldı. Amma hələ cəzasına çatmayan qatillər çoxdur. Hesab edirəm ki, İnterpol ədalətli faəliyyət göstərsə, onlar da Bakıda təcridxanada olanların yanına gətiriləcəklər. Köçəryan da, Sarkisyan da, Balasanyan da buraya gəlməlidir, belə cinayətkarların sayı çoxdur. Xocalıda hara gedirsənsə, bir xatirə canlanır. 4 illik mühasirə şəraitində yaşayıb döyüş yolları keçən insanların yadından bu məsələlər heç vaxt çıxmır və çıxmayacaq.            
Biz özümüzə borc bilirik ki, ermənilərin namərdliyini, amansızlığını, vəhşiliyini gənc nəslə çatdıraq. Başımıza gətirilən bu müsibətləri tək xocalılıların yox, bütün Azərbaycan xalqının gənc nəslinə çatdırmalıyıq ki, nələr olduğunu bilsinlər. Onlar qalibiyyəti, uğuru əldə əbədi saxlamaq, ərazi bütövlüyümüzü əbədi təmin etmək, müstəqilliyimizi əbədi qorumaq üçün lazımi istiqamətdə həyat yollarını qura bilməlidirlər. Bu çox vacib məsələdir”.
 

Millət vəkili bildirib ki, soyqırımı zamanı Xocalıda Qərbi Azərbaycandan olan soydaşlarımız, Ahıska türkləri də olub:
 

“Fərqanə hadisələri nəticəsində Özbəkistandan gələn Ahıska türkü olan 54 ailəni mən Xocalıda məskunlaşdırdım. Onların hamısına ev verildi, işlə təmin olundular. Soyqırımı müsibətlərini onlar da bizimlə birlikdə yaşadılar. Bizim aramızda ayrı-seçkilik olmayıb, bu gün də yoxdur. Bu gün də bütün əlaqələrimiz, münasibətlərimiz yerindədir. O dövrdə onlardan da 11 nəfər şəhid oldu, itkin düşdülər. Şəhidlərə fərq qoymaq olmaz.
1918-1920-ci illərdən başlayaraq ermənilərin Qərbi Azərbaycandakı vəhşiliyi nəticəsində, Zəngəzur və Göyçə mahallarında, xüsusilə Dərələyəzdə törədilən qırğınlar səbəbindən didərgin düşən soydaşlarımızın xeyli hissəsi Xocalıda məskunlaşmışdılar. Xocalıda Qərbi azərbaycanlıların məskunlaşma tarixi o dövrlərə gedib çıxır. 1988-ci il deportasiyası nəticəsində də Qərbi Azərbaycandan, Göyçə mahalından Xocalıya gələnlər çox oldu. Onları da qəbul etdik, məskunlaşdırdıq. Hamımız o əziyyətləri bir yerdə yaşamışıq. Bu gün də qalibiyyətimizi bir yerdə yaşayırıq və qayıdışımız da yenə bir yerdə olur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri