Paşinyan bu hərəkəti etsə, başı da salamat olar Elman Məmmədov
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Erməni xalqının sağlam düşüncəyə malik hissəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın arxasınca getməli, Paşinyana dəstək verməlidir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov dedi.
O vurğuladı ki, Paşinyan bu gün apardığı siyasətdə dayanıqlı sülhün yaranması üçün addımlar atmağa başlayıb:
"Paşinyana mane olan Qarabağ klanı və onların ətrafında birləşmiş separatçılar cinayətkar quldur dəstəsidir. Əgər erməni xalqı istəyirsə ki, bugünkü Ermənistan mövcud olsun və inkişaf eləsin, çalışmalıdır ki, sülh olsun. Bunun üçün də Paşinyana dəstək verməlidirlər. Mən bir neçə dəfə də bu fikrimi sizin vasitənizlə çatdırmışam. Yenə deyirəm ki, Paşinyan Ermənistanda əmin-amanlığın olmasını istəyirsə, oradakı cinayətkar dəstələrin başçılarını – Serj Sarkisyanı, Robert Köçəryanı, Seyran Ohanyanı və başqalarını – həbs edib Azərbaycana təhvil verməlidir. Onlar haqqında Azərbaycanda kifayət qədər mükəmməl cinayət işləri hazırdır və onlar Azərbaycan tərəfindən həbs olunmaq üçün axtarılır. Paşinyan bu hərəkəti etsə, həm başı salamat olar, həm təhlükəsizliyi təmin olunar, həm də Ermənistanda əmin-amanlıq, sülh və inkişaf olar".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 24 Noyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















