Rusiya keçmiş BCM prokuroru Kərim Xanın ekstradisiyasını tələb edəcək
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi ümid edir ki, keçmiş Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanın toxunulmazlığının əlindən alınması onun Rusiyaya ekstradisiyasını asanlaşdıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Hüquq Departamenti məlumat yayıb.
“K. Xanın özünə gəldikdə isə, o, artıq Roma Statutuna üzv dövlətlərdə beynəlxalq vəzifəli şəxs kimi toxunulmazlıqdan istifadə etməyəcək. Ümid edirik ki, bu, onun günahsız olduğu bilinən şəxsləri təqib etməyə cəhd etmək və beynəlxalq müdafiədən istifadə edən şəxslərə sui-qəsd cəhdi ittihamı ilə üzləşmək üçün Rusiyaya ekstradisiyasını təmin etməyə kömək edəcək”, - məlumatda bildirilib.
Xatırladaq ki, iyulun 24-ü Roma Statutuna Tərəf Dövlətlər Assambleyasının prezidenti Paivi Kokuranta Nyu-Yorkda keçirilən xüsusi iclasda nəzarət orqanının Xanın cinsi təcavüz iddialarına görə vəzifəsindən uzaqlaşdırılması qərarına gəldiyini elan edib. O, aydınlaşdırıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin 125 üzv dövlətindən 82-si onun vəzifədən azad edilməsinin lehinə səs verib.
Bu mövzuda digər xəbərlər:BCM prokuroru Kərim Xan vəzifəsindən kənarlaşdırıldı − Təcavüzdə ittiham olunur
24 İyul 2026 22:49
BCM prokuroru Taliban liderinin həbsini tələb edir
23 Yanvar 2025 16:39
Hollandiya hökuməti Kərim Xanın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsindən uzaqlaşdırılmasını dəstəkləyəcək
17 İyul 2026 07:55
Rusiya Fəridənin ekstradisiyasını tələb etdi
11 Fevral 2025 14:45
Rusiya Putinin həbsinə order verən prokuror və BCM in digər 8 nümayəndəsinin ekstradisiyasını tələb edir
08 Oktyabr 2026 13:32
Baxış sayı:142
Bu xəbər 26 İyul 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















