Rusiya: Kiyev gec tez masaya oturacaq, biz sülh istəyən tərəfik
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Ukraynanın gec-tez sülh üçün danışıqlar aparmalı olduğunu, Moskvanın sülh istədiyini, lakin Ukraynanın hər keçən gün danışıqlar gücünü itirdiyini iddia edirdi.
Turkustan.az xəbər verir ki, Ukraynanın şərqindəki Pokrovsk şəhərini ələ keçirməyə çalışan Rusiya Ukrayna hakimiyyətini sülh danışıqlarında iştirakdan imtina etməkdə ittiham edib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın siyasi və diplomatik həllə açıq olduğunu və sülh istədiyini bildirib. Bununla belə, o əlavə edib ki, belə bir fürsət yaranmasa, Rusiya gələcək nəsillərin rifahı naminə öz təhlükəsizliyini qorumaq üçün mübarizəni davam etdirəcək.
"Ukrayna tərəfi bilməlidir ki, gec-tez danışıqlar aparmalı olacaq, lakin o, daha pis vəziyyətdə olacaq. Kiyev rejiminin vəziyyəti hər keçən gün daha da pisləşəcək", - Peskov bildirib.
Kiyev deyir ki, Moskvanın müharibəni bitirmək şərtləri qəbuledilməzdir və təslim olmağı tələb etməyə bərabərdir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















